Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci Dünya müharibəsi dövründə İranın şimalında hərb

Lazar Biçeraxov

  • Ana Səhifə
  • Vikipediya
  • Lazar Biçeraxov

Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci Dünya müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan rus qoşunlarının tərkibindəki kazak qoşunlarınınn komandanı.

Lazar Biçeraxov
Şəxsi məlumatlar
Doğum tarixi 15 (27) noyabr 1882(1882-11-27) və ya 15 noyabr 1882(1882-11-15)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 22 iyun 1952(1952-06-22) (69 yaşında)
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rütbəsi
  • general-mayor
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Rusiyada vətəndaş müharibəsi,
  • Bakı döyüşü,
  • İkinci Dünya müharibəsi,
  • Göyçay döyüşü
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Biçeraxov və Azərbaycan

Oktyabr inqilabından sonra ingilis komandanlığı Biçeraxovun rəhbərliyi altındakı 1500 nəfərlik hərbi qüvvəni Bakını almaq üçün istifadə etmək qərarına gəldi. Böyük məbləğ qarşılığında buna razılıq verən Biçeraxov 1918-ci ilin iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum planını müzakirə etmişdi. Plana əsasən, Biçeraxov Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkibinə daxil olunması təklifini vermişdi. Bolşeviklərə nifrət etməsinə baxmayaraq, Biçeraxov türk qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırdı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra gizli planları barədə Bakı Sovetinə məlumatlar da vermişdi.

Bakıya gəlişi

Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə etməyə razılıq verdi. Lakin 1918-ci ilin iyulun sonunda Qafqaz İslam Ordusuna qarşı hərbi əməliyyatların ümidsiz olduğunu görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Port (Mahaçqala) şəhərini tutmuş, A. Denikinlə əlaqə yaratmışdı. Biçeraxov Bakıdakı Erməni Milli Şurasının, “Daşnaksutyun” partiyasının liderləri ilə də sıx əlaqə saxlayırdı. Qafqazda hərbi diktatura yaratmaq istəyən Biçeraxovun əsl məqsədi Rusiyanın 1914-cü il hüdudlarında bərpa bərpasına kömək etmək idi. Biçeraxovun 1918-ci ilin, noyabrında müttəfiq qoşunları ilə bir vaxtda yenidən Bakıya gəlişindən ruhlanan rus və erməni milli şuraları Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və Biçeraxovun başçılıq etdiyi Xəzəryani hökumət yaradılması barədə qərar çıxardılar. Artıq ingilis ordusunun general-mayoru rütbəsində Bakıya qayıdan Biçeraxov əhali içərisində aeroplandan bəyannamələr səpdirmiş və onları “Qafqazın rus dəniz və quru qüvvələrinin baş komandanı” kimi imzalamışdı.

Sürgünə göndərilməsi

Böyük Britaniyanın hökumətinin Biçeraxova münasibəti antibolşevizm siyasəti ilə bağlı idi. Bu baxımdan Biçeraxovun Xəzər hövzəsi regionunda sərbəst fəaliyyəti, xüsusən, 1919-cu ilin, yanvarında onun başçılığı ilə “Qafqaz-Xəzər Hökuməti”nin yaradılması B.Britaniya hökuməti tərəfindən cavabsız qalmadı. Bu dəfə ingilislər Biçeraxovun Böyük Britaniya kraliçası tərəfindən qəbul və təltif edilmək adı ilə Londona çağırıldı. Beləliklə Biçeraxov 1919-cu ildən, Londonda yaşamağa məcbur qaldı. 1952-ci ildə Almaniyada vəfat etdi.

Həmçinin bax

  • Biçeraxov Ordusu
  • Bakı Xalq Komissarları Soveti
  • Lionel Denstervil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lazar biçeraxov sözünün mənası, lazar biçeraxov haqqında məlumat. lazar biçeraxov nədir? lazar biçeraxov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    İkinci Aşıqlı

  • Mart 06, 2026

    Scolopacidae

  • Mart 06, 2026

    İsnik Alimi

  • Fevral 27, 2026

    Tərəkəmə (Dağıstan)

  • Fevral 28, 2026

    Mürəkkəb

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst