Təfsir əl-Maturidi (ərəb. تفسير الماتريدي) və ya Təvilətül-Quran (ərəb. تأويلات القرآن) — Əbu Mənsur əl-Maturidinin irihəcmli Quran təfsiri.
| Təfsir əl-Maturidi | |
|---|---|
| ərəb. تأويلات القرآن | |
| Müəllif | Əbu Mansur əl-Maturidi |
| Janr | təfsir |
| Orijinalın dili | ərəb dili |
Əsər
Təfsirin adı əlyazma nüsxələrdə və mənbələrdə "Təvilətu Əhlis-Sünnə", "Təvilətul-Maturidiyyə", "Təvilət li-Əbi Mənsur əl-Maturidi" şəklində keçməkdədir. "Təvilətül-Quran"ın Əbu Mənsur əl-Maruridiyə məxsusluğu əsər üzərində tədqiqat aparmış Əbül-Muin ən-Nəsəfi və başqa alimlər tərəfindən təsdiqlənmişdir.
Əsər birbaşa Əbu Mənsur əl-Maruridi tərəfindən deyil, onun tələbələrinə etdiyi təqrirlərlə ərsəyə gəlmişdir. Quranı bütövlükdə təfsir edən Əbu Mənsur əl-Maruridi, təfsirdə adətən öz anlayışı qeyd etmiş, ardınca ümumi olaraq ad və mənbə qeyd etmədən "قيل" sözü vasitəsilə əlaqəli rəvayətləri nəql etmişdir. Müəllifin təfsirdə adlarını qeyd etdiyi şəxslərin sayı isə 90-a yaxındır. Əsərdə həmçinin təfsir, fiqh, fiqh üsuluna, başda Mötəzilə olmaqla İslam məzhəblərinə, digər dinlərə, düşüncələrə və cərəyanların görüşlərinə toxunulmuşdur. Təfsir sonrakı təfsirlə bağlı əsərlərə nümunə təşkil etmiş, Fəxrəddin ər-Razi öz əsərlərində bir-neçə yerdə bu təfsirə eyham vurmuş, Əbu Həyyan əl-Əndəlüsi isə öz əsərində təfsirin adını qeyd etmişdir.
Təfsirin bu günə kimi 35 əlyazma nüsxəsi müəyyənləşdirilmişdir. Bunlardan 29-u İstanbuldakı kiatbxanalarda (6 əlyazma tam, qalanları əskik), qalanları isə dünyanın müxtəlif yerlərində (Kayseri, Konya, Dəməşq, Qahirə, Berlin və London) mühafizə edilir.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təfsir əl-maturidi sözünün mənası, təfsir əl-maturidi haqqında məlumat. təfsir əl-maturidi nədir? təfsir əl-maturidi nə deməkdir?