Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tər

Müsnəd əş-Şafii

  • Ana Səhifə
  • Vikipediya
  • Müsnəd əş-Şafii

Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi.

Müsnəd əş-Şafii
ərəb. مسند الشافعي‎
Müəllif İmam Şafii
Janr İslam
Orijinalın dili Ərəbcə
Elektron versiya

Mündəricat

Müəllif

"Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbül-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir.

Kitabın təsviri

Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər. Bəzən məcmuənin tərtibçisi tərəfindən verilən hədisin mövzusu onun yerləşdiyi fəslin mövzusu ilə üst-üstə düşmür. Kitabda Şafiinin bəzi kəlamları da var, lakin əl-Əsamm bundan sonra məhz bu ifadə ilə əlaqəli hədislərə istinad etmir (sonrakı bəzi Müsnəd şərhləri müəllifləri tərəfindən düzəliş edilmişdir). Bəzi yerlərdə Əbül-Abbas əl-Beyhəqinin "Bəyan xəta mən əhtə ala əş-Şafii" (ərəb. بيان خطأ من أخطأ على الشافعي‎)kitabının mövzusu olan Şafiidən hədislərin mətnlərini nəql edərkən səhvlərə yol verir.

Əlyazmalar və nəşrlər

Əş-Şafinin "Müsnəd"i ilk dəfə Misir və Hindistanda "Bulak" nəşriyyatında, sonra Misirdə (1949), Beyrutda isə 1979-cu ildə "Dar əl-kutub əl-ilmiyyə" nəşriyyatında çap edilmişdir. Dəməşqin əl-Zahiriyyə kitabxanasında Şafiinin "Müsnəd"inin yaxşı qorunan iki əlyazması var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müsnəd əş-Şafii haqqında məlumat. Müsnəd əş-Şafii nədir? Müsnəd əş-Şafii nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Filds medalı

  • Fevral 27, 2026

    III Səlim

  • Fevral 27, 2026

    Keçi

  • Fevral 27, 2026

    Beynəlxalq ticarət

  • Fevral 27, 2026

    Oratoriya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst