Əbül-Muin Meymun ibn Məhəmməd ibn Məhəmməd ibn Mötəmid ən-Nəsəfi (ərəb. أبو المعين النسفي; 1027, Mavəraünnəhr – 1115, Qarşi) — Əbu Mənsur əl-Maturidinin qurmuş olduğu sünni kəlam məktəbini inkişaf etdirmiş Hənəfi alim.
| Əbül-Muin ən-Nəsəfi | |
|---|---|
| ərəb. ميمون بن محمد بن محمد بن معبد بن مكحول | |
| |
| Doğum tarixi | 1027 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1115 (87–88 yaşında) |
| Vəfat yeri |
|
| Tanınmış yetirməsi | əl-Kəsani |
Həyatı
Hicri 438-ci (1047) ildə anadan olmuşdur. Künyəsi bəzi mənbələrdə Əbül-Main şəklində oxunsa da, doğrusu Əbül-Muindir. İkinci babası Mötəmidin də künyəsi Əbül-Muin olduğundan ən-Nəsəfi babası ilə səhv salınmışdır. Müəllimləri haqqında heç bir məlumat yoxdur. Səmərqəndə və Buxaradakı Maturidi-Hənəfi alimlərindən təhsil aldığı güman edilir. Mənbələrdə atası ilə babasının Hənəfiliyə xidmət edən alimlər olduğu qeyd edilmişdir. Əbül-Muin ən-Nəsəfiyə tələbəlik etmiş alimlər isə bunlardır: Əbu Həfs ən-Nəsəfi, Ələddin əs-Səmərqəndi, Əhməd əl-Pəzdəvi, İsmayıl ibn Ədi ət-Tələqani, Əhməd ibn Fərəh əs-Suğdi və Əbül-Həsən əl-Bəlxi. Tələbəsi Əbu Həfs ən-Nəsəfinin bildirdiyinə görə, o, Zilhiccə ayının 25-i hicri 508-ci (22 Mayıs 1115) ildə, (çox güman ki,) Buxarada vəfat etmişdir.
Kəlam elmindəki yeri
Ələddin əs-Səmərqəndiyə görə o, kəlam elmində Sünniliyə, fiqhdə isə Hənəfiliyə böyük xidmətlər göstərmiş bir alimdir. Əbu Həfs ən-Nəsəfinin "əl-Əqaid" əsərinin "Təbsirətül-ədillə"nin bir xülasəsi mahiyyətində olması, Əbül-Muin ən-Nəsəfinin etiqadi-görüşlərinin nə dərəcə təsirli olduğunun əyani sübutudur. Ələddin əs-Səmərqəndi bildirir ki, Əbu Mənsur əl-Maturidinin "Təvilətül-Quran" əsərinə yazdığı şərh əslində onun müəllimi Əbül-Muinin dərslərdə verdiyi izahlardan ibarətdir. O, bu izahların itib-batmasının qarşısını almaq məqsədilə onları "Şərhu Təvilətil-Quran" adlı bir kitabda cəmləyərək öz adına nisbət etmişdir. Əbül-Muin ən-Nəsəfi, Maturidiyyənin ikinci banisidir və Maturidiyyəyə mənsub alimlər onun "Təbsirətül-ədillə" əsərini mühüm bir mənbə hesab edirlər. Bu da onun Sünni kəlamçısı olduğunu sübut edir.
Əsərləri
Müəllifi olduğu bəzi əsərlər bunlardır:
- Təbsirətül-ədillə.
- Bəhrül-kəlam.
- ət-Təmhid. "Təbsirətül-ədillə"nin xülasəsi.
- əl-İfsəd li-xudəi-əhlil-ilhəd. Batinilərin qarşı tərəfi təsir altına almaq məqsədilə istifadə etdikləri üsulları tənqid edən əsər.
- İzahul-məhəccə fi kəvnil-əqli hüccə.
- Mənəhicül-əimmə. Fiqh və üsulu sahələrinə aid əsər.
- Şərhül-Cəmiil-Kəbir. Məhəmməd ibn Həsən əş-Şeybaninin əsərinin şərhdir.
- Şərhu Təvilətil-Quran. Əsər Əbül-Muin ən-Nəsəfinin tələbəsi Ələddin əs-Səmərqəndiyə nisbət edilməklə yanaşı, Əbül-Muin ən-Nəsəfinin izahlarından ibarətdir. Əsərin "ət-Təmhid"in bir nüsxəsi olduğu məlumdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Muin ən-Nəsəfi haqqında məlumat. Əbül-Muin ən-Nəsəfi nədir? Əbül-Muin ən-Nəsəfi nə deməkdir?
