Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ser Artur Layon Bouli (ing. Arthur Lyon Bowley; 6 noyabr 1869, Bristol – 21 yanvar 1957, Surrey) — ingilis iqtisadçı və statistik, Bouli qanununun müəllifi, "Gö

Artur Bouli

  • Ana Səhifə
  • Vikipediya
  • Artur Bouli

Ser Artur Layon Bouli (ing. Arthur Lyon Bowley; 6 noyabr 1869, Bristol – 21 yanvar 1957, Surrey) — ingilis iqtisadçı və statistik, Bouli qanununun müəllifi, "Gövdə-yarpaq diaqramı"-nın banisi.

Artur Bouli
Doğum tarixi 6 noyabr 1869(1869-11-06)
Doğum yeri
  • Bristol, Cənub-Qərbi İngiltərə[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 21 yanvar 1957(1957-01-21) (87 yaşında)
Vəfat yeri
  • Surrey, İngiltərə, Birləşmiş Krallıq
Elm sahəsi iqtisadiyyat
İş yerləri
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi
Təhsili
  • Triniti Kolleci
Üzvlüyü
  • Kral statistika cəmiyyəti,
  • Ekonometrik Cəmiyyət (1933),
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru Cəngavər bakalavrı

Mündəricat

Bioqrafiyası

Bouli 1869-cu ildə Bristolda bir vali və müəllimə anadan olub; atası Ceyms Uilyam Layon Bouli 1870-ci ildə Bouli hələ gənc ikən vəfat etmişdir. Bouli orta təhsilini Londondakı Məsihin xəstəxanası dini internat məktəbində almışdır. 1891-ci ildə Kembric Universitetinin Triniti Kollecinə daxil olub bakalavr dərəcəsi bitirmişdir.

1893–1899-cu illərdə Lezerhendə Müq. Con məktəbində riyaziyyat müəllimliyi etdi. 1895-ci ildən London İqtisadiyyat Məktəbində dərs deməyə başladı və 1919-cu ildən 1936-cı ildə təqaüdə çıxana qədər London İqtisadiyyat Məktəbində statistika şöbəsinin ilk müdiri oldu. 1900-cü ildə riyaziyyat müəllimi və 1907-ci ildən Ridinqdə Universitet kollecində riyaziyyat və iqtisadiyyat professoru olaraq qəbul edildi. 1940–1944-cü illərdə Oxford Statistika İnstitutunun direktoru olmuşdur.

1922-ci ildə Britaniya Akademiyasının üzvü oldu, 1938–1939-cu illərdə Ekonometrik Cəmiyyətin prezidenti, 1938–1940-cı illərdə — Kral Statistika Cəmiyyətinin prezidenti, 1949-cu ildən — Beynəlxalq Statistika İnstitutunun fəxri prezidenti təyin edildi.

Bouli 21 yanvar 1957-ci ildə vəfat etmişdir.

Elmi nailiyyətləri

Artur, Bouli qanununun — kəşfçisidir, əmək haqqının milli gəlirdəki payının sabitliyi ilə bağlı bir fərziyyədir.

1924-cü ildə yazdığı İqtisadiyyatın Riyazi əsasları kitabında Kurno, Cevons, Pareto, Ecuort, Marşall, Piqu tərəfindən təklif olunan dövrün bütün inkişaf etmiş riyazi metodları ümumiləşdirilmiş və uzun müddət iqtisadiyyatda riyazi metodlara dair yeganə kitab olaraq qalmışdır.

Mükafatları

İqtisadiyyat sahəsindəki uğurlarına görə Bowley müxtəlif mükafatlara layiq görülmüşdür:

  • 1892 — "XIX əsrdə İngilis Xarici Ticarəti" ən yaxşı inşa üçün Cobden Təqaüdü
  • 1894 — Adam Smit mükafatı "1860–1891 dövründə Birləşmiş Krallıqda orta maaş səviyyəsindəki dəyişikliklər."
  • 1895 — Kral Statistika Cəmiyyətindən Qay Medal,
  • 1935 — Kral Statistika Cəmiyyətindən Qay Qızıl Medalı,
  • 1950 — Ser titulu verildi.

Seçilmiş əsərləri

Artur Bouli əsərələri:
  • Бо́ули А. Л. Очерки социальной статистики, Москва : Государственное издательство, 1924. — 149 с.
  • Бо́ули А. Л. Теоретические основания выборочного метода, Харьков: 1924
  • Бо́ули А. Л. Элементы статистики, М.— Л.: Государственное издательство, 1930 (англ. Elements of Statistics, 1901)
  • Bowley A.L. A Short Account of England’s Foreign Trade in the Nineteenth Century, 1893
  • Bowley A.L. Wages and Income in the United Kingdom Since 1860, 1900
  • Bowley A.L. An Elementary Manual of Statistics. — London:P.S.King&Son, Orchard House, Westminster, 1910
  • Bowley A.L., Bennett-Hurst A.R. Livelihood and Poverty: a study in the economic conditions of working-class households, 1915
  • Bowley A.L. The Division of the Product of Industry, 1919
  • Bowley A.L. The change in the distribution of the national income, 1880–1913. — Oxford: at the clarendon press, 1920
  • Bowley A.L. The Mathematical Groundwork of Economics, 1924
  • Bowley A.L., Hogg M. Has Poverty Diminished? 1925
  • Bowley A.L. Measurement of Precision attained in Sampling//Bulletin de l’Institut International de Statistique, 22, 1926
  • Bowley A.L., Stamp J. The National Income 1924, 1927
  • Bowley A.L. Bilateral Monopoly//Economic Journal, 1928
  • Bowley A.L. F.Y. Edgeworth’s Contributions to Mathematical Statistics, 1928
  • Bowley A.L. New Survey of London Life and Labour, 1930–1935
  • Bowley A.L., Allen R.G.D. Family Expenditure, 1935
  • Bowley A.L. Three Studies in National Income, 1939.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, artur bouli sözünün mənası, artur bouli haqqında məlumat. artur bouli nədir? artur bouli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Alfred Nobel

  • Fevral 26, 2026

    Ənvər Məmmədov

  • Fevral 27, 2026

    Şərqi Yava

  • Mart 04, 2026

    .il

  • Fevral 27, 2026

    Nur surəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst