Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, rus. Энвер Назимович Мамедов; 15 avqust 1923, Bakı – 7 sentyabr 2023, Moskva) — Azərbaycan-sovet diplomatı v

Ənvər Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Ənvər Məmmədov

Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, rus. Энвер Назимович Мамедов; 15 avqust 1923, Bakı – 7 sentyabr 2023, Moskva) — Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985).

Ənvər Məmmədov
Doğum tarixi 15 avqust 1923(1923-08-15)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 7 sentyabr 2023(2023-09-07) (100 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Uşağı
  • Georgi Məmmədov
Təhsili
  • Moskva Dövlət Dilçilik Universiteti[d] (–1953)
Fəaliyyəti jurnalist, diplomat
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı "Jukov" medalı "Əmək igidliyinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.

Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.

Fəaliyyəti

Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.

1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.

1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dəki səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir.

1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur.

1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir.

1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.

1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir.

90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi. Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat etmişdir. 11 sentyabrda Troyekurov qəbiristanlığında dəfn olunmuşdur.

Mükafatları

7 orden və 10 medalla təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ənvər Məmmədov haqqında məlumat. Ənvər Məmmədov nədir? Ənvər Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Opera

  • Fevral 25, 2026

    Aryen Robben

  • Fevral 25, 2026

    Ərəb

  • Fevral 17, 2026

    Kara dənizi

  • Fevral 23, 2026

    Həndəsə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst