Cəbəlpur — Hindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.
| metropolis | |
| Cəbəlpur | |
|---|---|
| ing. Cəbəlpur | |
| |
| 23°10′ şm. e. 79°56′ ş. u.HGYO | |
| Ölkə | |
| Tabesində | Madhya-Pradeş ştatı |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 374 km² |
| Mərkəzin hündürlüyü | 412 m |
| Əhalisi | |
| Əhalisi | 1,081,677 nəfər (2011) |
| Sıxlığı | 478 nəf./km² |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +91-761 |
| Poçt indeksi | 482001 to 482011 |
| Digər | |
| jabalpur.nic.in | |
![]() Cəbəlpur | |
Əhalisi
Əhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.
Coğrafiyası
Narmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.
Tarixi
9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.
Memarlığı
1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var. Ştatın Ali məhkəməsi, Tropik meşə ETİ burada yerləşir.
Sənayesi
Cəbəlpur sənaye-ticarət mərkəzidir. Döyüş sursatları (4 fabrik) istehsal olunur. Maşınqayırma (yük avtomobilləri, elektrotexnika məmulatları, telekommunikasiya avadanlığı və s.) və metal emalı inkişaf etmişdir; kimya (o cümlədən texniki rezin məmulatları), sement, şüşə, pambıq parça sənayesi müəssisələri fəaliyyət göstərir; saxsı, tikiş məmulatları və s. istehsal olunur. Oduncaq ticarəti aparılır. Kənd təsərrüfatı xammalı (buğda, çəltik, darı, manqo) emal edilir. Cəbəlpur yaxınlığında, şəhəri əhatə edən çox saylı təpələrin birində Madan-Mahal (12-ci əsr) qədim qond qəsri yerləşir. Şəhərətrafı mərmər dərələri və Bhedaqhat şəlaləsi var. Yaxınlığında boksit çıxarılır.
Şəkillər
Narray döyüşünə hazırlıq Rani Durqavati
Cəbəlpur aeroportu
Dəmiryol stansiyası
Cəbəlpurda WDP4B 40042
Cəbəlpurda kanat
Cəbəlpur Hanumantal gölündən görünüşü
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəbəlpur sözünün mənası, cəbəlpur haqqında məlumat. cəbəlpur nədir? cəbəlpur nə deməkdir?
