Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü.

Çəltik

  • Ana Səhifə
  • Vikipediya
  • Çəltik

Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü.

Çəltik
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Qırtıcçiçəklilər
Fəsilə:
Qırtıckimilər
Yarımfəsilə:
Oryzoideae
Triba:
Oryzeae
Yarımtriba:
Oryzinae
Cins:
Düyü
Növ:
Çəltik
Beynəlxalq elmi adı
  • Oryza sativa L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  41976
NCBI  4530
EOL  1115098

Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur.

Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.

Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür.

  • Lənkəran-Masallı zonası,
  • Şəki-Zaqatala zonası,
  • Quba-Xaçmaz zonası.
Lənkəran şəhərində çəltik sahəsi

Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur.

Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Respublikamızda çəltiyin "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros", "Ağ-ənbərbü", "Sədri", "Krosnodar" kimi növləri rayonlaşdırılıb. Şəki-Zaqatala zonası üçün "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros" növləri daha məhsuldardır və iqlim şəraitinə uyğundur.

Çəltik istilik sevən bitkidir. Çəltiyin tam cücərmədən kollanmasının axırına qədər olan dövr 30–32 günə başa çatır. Kollanmanın sonundan çiçəklənmənin axırınadək 22–25 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115–135 gündə başa çatır. Çəltik iki üsulla — toxum səpilməsi və şitillə əkilir. Relyefi düz olan, sututar ləkləri iri olan sahələrdə toxumsəpən texnikalar ilə səpinin keçirilməsi daha məqsədəuyğundur. Şəki-Zaqatala zonası üçün əl ilə səpin aparılması təcrübədə özünü doğruldub. Bu qaydada aparılan səpində toxumlar torpaqda qida sahəsinə bərabər paylanır və toxum itkisinə yol verilmir, qənaət olunur. Səpin zamanı toxumlar 1,5–2 santimetr dərinliyinə basdırılmalıdır. Çəltiyin şitil üsul ilə yetişdirilməsi əsasən Lənkəran zonasında tətbiq edilir. Çəltik şitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir.

Həmçinin bax

  • Beynəlxalq Elmi Tədqiqat Çəltik İnstitutu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çəltik haqqında məlumat. Çəltik nədir? Çəltik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bilal

  • Fevral 27, 2026

    Yunan alovu

  • Fevral 27, 2026

    Ço

  • Fevral 28, 2026

    Abaris

  • Fevral 27, 2026

    Baltlar

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst