Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 

Maltalılar

  • Ana Səhifə
  • Vikipediya
  • Maltalılar

Maltalılar — Maltanın yerli əhalisi. Ümumi sayı — 740 min nəfərdir və onlardan 396 min nəfəri Malta ərazisində yaşayır. Avstraliyada 164 min, Böyük Britaniyada 40 min, ABŞ-də 50 min, Kanadada 39 minə yaxın maltalı məskunlaşıb.

Maltalılar
Özünüadlandırma
Maltin
Ümumi sayı
690 min nəf.
Yaşadığı ərazilər
Malta Malta 395,969 min nəf.
Avstraliya Avstraliya 163,990 min nəf.
Böyük Britaniya Böyük Britaniya 40,230 min nəf
ABŞ ABŞ 50,039 min nəf.
Kanada Kanada 38,780 min nəf.
Dili

malta dili və ingilis dili

Dini

Roma-Katolik kilsəsi

Mənşəyi
finikiyalılar
Qohum xalqlar

ərəblər, italyanlar, assuriyalılar

Malta dili sami dillərinin ərəb dil qrupuna daxildir. Ərəb dilinə yaxın olsa da italyan və Avropa dillərinin güclü təsirinə məruz qalmışdır.

Mündəricat

Mənşəyi və tarixi

Maltalılar Avropada yeganə Semit dilli xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında məskunlaşmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir. Otlaqların azlığı heyvandarlığı məhdudlaşdırır. İqlim Maltada ildə 2-3 dəfə məhsul götürməyə imkan verir. Maltalıların mənəvi həyatında katolosizm çox böyük rol oynayır.

Maltalıların əcdadlarının finikiyalılar olması ehtimal olunur. Məhz Malta ərazisində mövcud olan koloniyaların mövcudluğu bunu deməyə əsas verir. Sonradan bu ərazi karfagenlərin, romalıların, bizanslıların (395-870), ərəblərin (870-1201), normanların təsiri altında olmuşdur. 1201-ci ildə Malta Siciliyaya birləşdirilmiş. 1550-ci ildən Maltada İoannitlər ordeni hakimlik etmişdir. 1800-cü ildən isə Böyük Britaniyanın koloniyasına çevrildi. 1964-cü ildə özünüidarəetmə statusu alan Malta 1974-cü ildə müstəqilliyini elan etdi.

Təsərrüfatı və mədəniyyəti

Maltalılar bağçılıq, heyvandarlıq, balıqçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuş, sənətkarlıqdan krujevalı bəzəklərin, geyimlərin toxunuşu üstünlük təşkil etmişdir. Ümumən kənd təsərrüfatında üzümçülük və bağçılıq daha öndə olmuş. Bölgədə əkilən kartof ixrac olunur.

Malta üçün xarakterik tikililər - önündə fasadlı qalereyası olan evlərdir. Şəhər və yaşayış məntəqələri Cənubi Avropa üçün xarakterikdir. Ölkə paytaxtı tarixi abidələrlə zəngindir.

Geyimləri Avropa geyimlərinə yaxındır. Ənənəvi qadın geyimi — faldetta adlanan qara örtüyü olan bərk altlıqlı paltardır.

Ədəbiyyat

  • Dünya xalqları və dinləri, под ред. В. А. Тишкова, М.-1998
  • Справочник «Страны мира», М.-1989.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maltalılar haqqında məlumat. Maltalılar nədir? Maltalılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cənubi Osetiya

  • Fevral 24, 2026

    Slavyanlar

  • Fevral 24, 2026

    Orta Şərq

  • Mart 01, 2026

    Zaya boğazı

  • Fevral 27, 2026

    Medvedyev-Şponhoyer-Karnik şkalası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst