Topoqrafiya (q.yun. Τοπογραφία) — ərazinin səthinin quruluşunu, yüksəkliklərini və relyef xüsusiyyətlərini öyrənən elm sahəsi. Geodeziya elminin bir hissəsidir.

Topoqrafiya və xəritə
Topoqrafiya bir elmdır ki əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir.
Geomorfoloji termin
Topoqrafiya iş bölmələri
Bir sahənin alçaq-ucasın səhifə üzərində çəkilməsinə gərək bir neçə işlər görülə ki bu işlər üç yerə bölünür:
1 — Çöl işləri:
- Sahəni ayarlamq, dayanacaqların yerin seçmək və ölçüm işlərini görmək.
2 — Mühasibat
3 — Xəritənləri yaratmaq:
- İstənilmiş miqyas ilə Çöldə görülmüş işlər dəqiq Mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir.
Topoqrafiyanın bütün bölmələri
Topoqrafiya elmi iki əsas bölməyə bölünür:
1 — Topolojiya, ki yerın necə düzəlməsini ayarlayır.
2-Topometriya, ki ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır.
Topoqrafiyanin önəmi və işlənən sahələri
Topoqrafiya qədim texniklərindən biridir ki yerlərin bölməsində istifadə edilirdi. İndilikdə Topoqrafiya Mühəndislik sahəsində böyük bir rolu var. O rollardan neçəsin aşağıda ad aparırıq:
- Tikinti işləri
- Yol və dəmir yol işləri
- Körpü işləri
- Tunellər
- Sədd işləri
- Su qaynaqları
- Gəmiçilik işələri
- Əkinçilik
- mədən mühəndislik işləri
və daha ayrıları…
Topoqrafik planalma
Topoqrafik xəritələrin orijinalını yaratmaq üçün aparılan kompleks işlər. Topoqrafik planalma yerüstü və aerofototopoqrafik üsullarla aparılır. Yerüstü Topoqrafik planalma menzula, taxeometrik və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik planalma ilə yaradılır.
Həmçinin bax
- Yer ölçmə işləri
- Autodesk
- Miqyas (xəritə)
- Bucaq ölçümü standartları
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, topoqrafiya sözünün mənası, topoqrafiya haqqında məlumat. topoqrafiya nədir? topoqrafiya nə deməkdir?