Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pojarevas sülh müqaviləsi və ya Pasarofça müqaviləsi — 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinə son verən, yuxarı Serbiya, Belqrad və Banat yaylas

Pasarofça müqaviləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Pasarofça müqaviləsi

Pojarevas sülh müqaviləsi və ya Pasarofça müqaviləsi — 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinə son verən, yuxarı Serbiya, Belqrad və Banat yaylasının Avstriyaya; Dalmasiya, Bosniya və Albaniya sahillərinin Venesiya Respublikasına verilməsi və Peloponnesin Osmanlılarda qalması kimi müddəaları özündə əks etdirən 21 iyul 1718-ci ildə imzalanmış müqavilədir. Müqavilə, Osmanlı sultanı III Əhmədin (1703-1730) zamanında, Serbiyanın Pasarofça ərazisində imzalandı.

Pasarofça müqaviləsi
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 21 iyul 1718
İmzalanma yeri Pasarofça, Serbiya
İmzalayanlar  Avstriya
Venesiya Respublikası
 Osmanlı imperiyası
Vasitəçilər  Böyük Britaniya
Hollandiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Osmanlı-Venesiya müharibəsi

Venesiyalılar Karlovitsa müqaviləsinin müddəalarını tamamilə pozaraq Çernoqoriya üsyanını təşviq edib, üsyançılara kömək etdiyinə görə və İstanbul-Misir səfərləri edən Osmanlı ticarət və həcc gəmilərinə hücum etdiyinə görə, 1715-ci ildə silahdar Əli Paşa Venesiya Respublikasına müharibə elan edərək Peloponnes səfərinə çıxdı. Bu səfəri Korinf, Anapoli, Modon, Koron, Navarin qalalarını fəth edərək qələbəylə nəticələndirdi. Ancaq Venesiya Respublikasının birliyi olan Avstriya Karlovitsa müqaviləsinə uyğun olaraq Peloponnesin Venesiyalılara qaytarılmasını tələb etdiyi üçün Avstriyaya qarşı müharibə başladı.

Osmanlı-Avstriya müharibəsi

Sədrəzəm silahdar Əli Paşanın komandanlığı altında Osmanlı ordusu Macarıstana girdi. Petrovaradin müharibəsində Savoy şahzadəsi Eugenin komandanlığı altında olan Avstriya ordusu Osmanlı qüvvələrini məğlub etdi (5 avqust 1716) və sədrəzəm silahdar Əli Paşa şəhid oldu. Bu məğlubiyyətdən sonra Osmanlı İmperiyasının Macarıstandakı son torpaqları olan Banatdakı Timişoara qalası da yıxıldı. Osmanlı ordusunda olan dağılma ilə dağınıq və nizamsız qoşunlar Belqrada geri çəkildi. Ədirnə və İstanbulda çaxnaşma yaşandı. Yeni sədrəzəm Hacı Xəlil Paşa ordunun texnikası ilə məşğul idi, amma 1717-ci ildəki müharibələr məğlubiyyətin həcmini artırdı, 18 avqust 1717-ci ildə Belqrad düşmən əlinə keçdi. Belqraddan Nişə qədər bölgənin müsəlman və türk xalqları ac və çılpaq Ədirnə və İstanbul yoluna getdilər. Yeni sədrəzəm nişançı Mehmed Paşanın rəhbərliyi altında ordu Avstriya cəbhəsində Bosniya və Vidində uğurlar qazandı. İbrahim Paşanın təşəbbüsləri sayəsində avstriyalılarla barışmaq qərarına gəldikdən sonra, 1718-ci ildə sədrəzəm təyin olunan İbrahim Paşa sülh bağladı.

Müqavilənin şərtləri

Osmanlı dövlətini Sıkk-ı Şani Dəftərdarı (Maliyyə müşaviri) silahdar İbrahimin başçılıq etdiyi nümayəndə heyəti təmsil etdi. Pasarofçada Kont Virmondun başçılıq etdiyi Avstriya nümayəndə heyəti və Karlo Ruzzininin başçılıq etdiyi Venesiya Respublikasının nümayəndə heyəti var idi. Bunlardan başqa vasitəçi dövlətləri təmsil edəcək Hollandiya nümayəndəsi Kolyer Kontu və İngiltərə nümayəndəsi Robert Sutton da var idi.

İki aya yaxın davam edən konfransdan sonra, 21 iyul 1718-ci ildə Avstriyalılar ilə 20 maddə və bir əlavə, Venesiya Respublikası ilə 26 maddəlik müqavilə imzalandı.

Müqaviləyə əsasən,

  • Avstriya ilə Niş, Banat dağları və Transilvaniya Alp dağları sərhəd müəyyən olundu.
  • Mürtəce olaraq Osmanlı dövlətinə sığınan Erdel şahzadəsi II Ferens Rakoçi ailəsi ilə birlikdə Osmanlı-Avstriya sərhəddində oturmaq və təhlükəsizliyi təmin etmək şərti ilə təhvil verilməli idi.
  • Venesiyalılar Peloponnes yarımadasını, Korinfiyanı və ətraflarını, Egey körfəzindəki adaları, İon adalarını, Aya Mavri adasını və Kritdəki üç limanı Osmanlı dövlətinə verəcəkdilər.
  • İran yoluyla Avropaya gələn tacirlər geri qayıtdıqları zaman Dunay gömrük rüsumlarından azad ediləcəkdilər.

Pasarofça müqaviləsi ilə Osmanlı dövləti Avstriyaya torpaq verməsinə baxmayaraq, Venesiyadan aldı. Timişoara istisna olmaqla, daha sonrakı müqavilələrlə Avstriyaya verdiyi torpaqları geri aldı.

Həmçinin bax

  • Petrovaradin müharibəsi
  • Karlovitsa müqaviləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pasarofça müqaviləsi haqqında məlumat. Pasarofça müqaviləsi nədir? Pasarofça müqaviləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trafaret

  • Fevral 27, 2026

    Viktoriya şəlaləsi

  • Fevral 27, 2026

    Aşıq Əli

  • Fevral 25, 2026

    Cəlal Bayar

  • Fevral 25, 2026

    Qılınc

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst