Madlen Olbrayt (ing. Madeleine Korbel Albright, əsl adı Mariya Yana Korbelova, çex. Marie Jana Korbelová; 15 may 1937[…], Praqa, Çexoslovakiya – 23 mart 2022[…], Vaşinqton) — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçisi.
| Madlen Olbrayt | |
|---|---|
| ing. Madeleine Albright | |
| |
| 23 yanvar 1997 – 20 yanvar 2001 | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Marie Jana Körbelová |
| Doğum tarixi | 15 may 1937[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 23 mart 2022[…] (84 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | xərçəng xəstəliyi |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat, siyasətçi, yazıçı, politoloq, səfir, universitet müəllimi[d], publisist, nazir, xarici işlər naziri[d], avtobioqraf[d] |
| Dini | episkopal kilsə[d] |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | politologiya, xarici siyasət, diplomatiya, publisistika |
| | |
| Təltifləri | |
| | |
Həyatı
Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. Valideynləri 1941-ci ildə erkən uşaqlıq illərində, hələ Çexoslovakiyada olarkən yəhudilikdən katolikliyə keçmişdilər. Olbrayt ailəsi ilə birlikdə 1948-ci ildə Çexoslovakiyadan ABŞ-yə köçüb. Onun atası diplomat Cozef Korbel ailəsini Kolorado ştatının Denver şəhərində məskunlaşdırdı və 1957-ci ildə ABŞ vətəndaşı oldu. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür.
1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq münasibətlər üzrə professordur və Corctaun Universitetinin Xarici Siyasət Məktəbindəki "Qadınlar xarici siyasət xidmətində" proqramının direktorudur.
1989-cu ildən Milli Siyasət Mərkəzinin prezidentidir.
M.Olbrayt 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu almış və ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir.
1997-2000-ci illərdə prezident Bill Klintonun dövründə ABŞ-nin Dövlət katibi olmuşdur. Çex, polyak, rus və fransız dillərində sərbəst danışır.
Həmçinin bax
- Ceyms O'Brayn
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Madlen Olbrayt haqqında məlumat. Madlen Olbrayt nədir? Madlen Olbrayt nə deməkdir?
