Robert Hyuston Eqqers (7 iyul 1983) — Amerikalı rejissor, ssenarist, prodüser. Rejissoru olduğu "Cadugər" və "Mayak" filmləri ilə tanınır. Eqqers karyerasına Nyu-Yorkda teatr tamaşaları üçün dizayner və rejissor olaraq başlasa da, sonralar film sektoruna keçid etmişdir.
| Robert Eqqers | |
|---|---|
| ing. Robert Eggers | |
![]() Robert 2015-ci ildə | |
| Doğum adı | Robert Houston Eggers |
| Doğum tarixi | 7 iyul 1983 (42 yaş) |
| Uşağı | 1 |
| Fəaliyyəti | kinorejissor, ssenarist, istehsal dizayneri[d], rejissor |
| Fəaliyyət illəri | 2007-ci ildən |
| IMDb | ID3211470 |
| roberteggers.com | |
Həyatı
Robert Eqqers 7 iyul 1983-cü ildə Amerikanın Nyu-Hempşir ştatında anadan olmuş, uşaqlığını da məhz bu ştatda keçirmişdir. 2 qardaşı var. ABŞ-nin Yeni İngiltərə bölgəsində keçən gəncliyi rejissorun yaradıcıllığı üçün ilham qaynağı olub. 2001-ci ildə bir aktyorluq məktəbinə yazılmaq üçün Nyu-Yorka köçüb.
Eqqers rejissor kimi debütünü 2015-ci ildə öz ssenarisi əsasında çəkdiyi "Cadugər" adlı qorxu filmi ilə etmişdir. Filmin premyerası 2015-ci ilin yanvarında Sandens Film Festivalında baş tutdu. Məşhur produksiya şirkəti A24 tərəfindən satın alınan film bir il sonra, 19 fevral 2016 tarixindən etibarən teatrlarda nümayişə qoyuldu. Tənqidçilərin filmə reaksiyası olduqca pozitiv idi və film 4 milyon dollarlıq büdcəsinə qarşı 40 milyon dollar gəlir gətirdi.
Növbəti filmi "Mayak"-ın ssenarisini hazırlayarkən rejissor qardaşı Maks Eqqers ilə birlikdə işləmişdir. Film 2019-cu ildə yayımlandı və tənqidçilərlə izləyicilər tərəfindən müsbət qarşılandı.
Hal-hazırda Eqqers orta əsrlərdə keçən və Vikinqlər haqqında olan "Şimal Adamı" filmi üzərində işləyir. Filmdə iştirak edəcək aktyorlara Nikol Kidman, Villem Defo, Anya Teylor-Coy və İtan Houk daxildir. Rejissor həm də Qriqori Rasputinin həyatı haqqında bir miniserial çəkməyə hazırlaşır.
Filmoqrafiya
| İl | Film | Qeyd | ||
|---|---|---|---|---|
| Rejissor | Ssenarist | Prodüser | ||
| 2015 | Cadugər | Hə | Hə | Yox |
| 2019 | Mayak | Hə | Hə | Hə |
| 2022 | Şimallı | Hə | Hə | Yox |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, robert eqqers sözünün mənası, robert eqqers haqqında məlumat. robert eqqers nədir? robert eqqers nə deməkdir?
