Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn

Muskovit

  • Ana Səhifə
  • Vikipediya
  • Muskovit

Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn

Muskovit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
KAl2(Si3Al)O10(OH)2
Strunz təsnifatı VIII/E.05a
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya monoklinik sinqoniya[d]
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır.

Növ müxtəliflikləri

fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 %  MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b.

Xassələri

Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır.

Mənşəyi və yayılması

Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir. Muskovitin incəpulcuqlu növ müxtəlifliyi – serisit hidrotermal filiz yataqlarının adi mineralı olub, ətraf süxurların plagioklazlarının hidrotermal dəyişilmə məhsulu kimi geniş yayılmışdır. Muskovit həmçinin qreyzenlərdə, aşınma qabıqlarında, metamorfizmin bütün pillələrinin metamorfik əmələgəlmələrində və çökmə süxurlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, ortoklaz, almandin, stavrolit, disten, turmalin və b. Mineralın tapıldığı yerlər: Benqal və Mədrəs rayonları (Hindistan); Nyu-Hempşir və Şimali Karolina (ABŞ); Ontario vilayəti (Kanada); Mam rayonu, Kola yarımadası (Rusiya) və b. Azərbaycanda muskovit, xüsusilə serisit, intruziv süxurlardan əlavə, metasomatitlərdə (listvenitlərdə, törəmə kvarsitlərdə, filizətrafı-dəyişilmiş qumlu-gilli süxurlarda), kolçedan, mis-molibden, qızıl filizi yataqlarında (Çıraqdərə-Toğanalı və Tutqun filiz sahələrində, Gədəbəy, Bittibulaq, Nəsirvaz, Ağdərə, Paraqaçay, Filizçay, Katsdaq yataqlarında, Qovurmadərə təzahüründə və b.) tez-tez müşahidə olunur.

Tətbiqi

Elektrotexnika sənayesində, odadavamlı tikinti materiallarının istehsalında, kağız, toxuculuq, rezin, keramika sənayesində və bir çox başqa sahələrdə geniş istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muskovit haqqında məlumat. Muskovit nədir? Muskovit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Cahit Arf

  • Fevral 27, 2026

    Daniel Ek

  • Fevral 27, 2026

    Rast

  • Fevral 27, 2026

    Yen

  • Fevral 27, 2026

    Kiş (Şəki)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst