Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cessi Pinkman (ing. Jesse Pinkman) — "Breaking Bad" serialının mərkəzi personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi Pinkman, keçmiş kimya mü

Cessi Pinkman

  • Ana Səhifə
  • Vikipediya
  • Cessi Pinkman

Cessi Pinkman (ing. Jesse Pinkman) — "Breaking Bad" serialının mərkəzi personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi Pinkman, keçmiş kimya müəllimi Volter Vayt (Brayan Krenston) ilə əməkdaşlıq edərək, metamfetamin istehsalı və satışı ilə məşğul olmuşdur. Cessi serialın bütün epizodlarında iştirak edən yeganə personaj statusuna malikdir. Aaron Pol 2019-cu ildə "El Kamino" adlı əlavə filmində həmin obrazı yenidən canlandırmış, eləcə də 2022-ci ildə "Ən yaxşısı Sola zəng et" serialının yekun mövsümündə də rol almışdır.

Cessi Pinkman
Breaking Bad personajı
İlk görünmə
  • Breaking Bad:
  • "Pilot" (2008)
  • Ən yaxşısı Sola zəng et:
  • "Breaking Bad" (2022)
Son görünmə
  • Breaking Bad:
  • "El Kamino" (2019)
  • Ən yaxşısı Sola zəng et:
  • "Waterworks" (2022)
Yaradan Vins Qilliqan
Canlandıran Aaron Pol
Məlumat
Tam adı Jesse Bruce Pinkman
Təxəllüslər
  • Cap 'n Cook
  • Diesel
  • Jesse Jackson
  • Mr. Driscoll
Cinsi kişi[d]
Peşə met istehsalçısı və satıcısı
Evi
  • Albukerke (Nyu-Meksiko)
  • Heyns (Alyaska)

Teleserialın yaradıcısı Vins Qilliqan əvvəlcədən Cessi Pinkman obrazının birinci mövsümün sonunda məhvini planlaşdırmışdı. Lakin Aaron Polun aktyor məharəti və tamaşaçı auditoriyasının personaja göstərdiyi yüksək maraq nəticəsində bu qərardan imtina edilmişdir. Tənqidçilər xüsusilə Cessi obrazının mənəvi təkamülünü - onun mənfi xarakterli narkotik satıcısından serialın mərkəzi müsbət qəhrəmanına transformasiyasını yüksək qiymətləndirmişlər. Aaron Pol bu roldakı əvəzsiz ifasına görə 2010, 2012 və 2014-cü illərdə televiziya sahəsində ən nüfuzlu mükafat olan "Praymtaym Emmi"yə layiq görülmüşdür.

Bioqrafiya

Cessi Brüs Pinkman Nyu-Meksiko ştatının Albukerke şəhərində orta təbəqəyə mənsub ailədə dünyaya gəlmişdir. Serailın ilk mərhələsində narkotik vasitələrin istifadəsi və realizəsi ilə məşğul olması səbəbindən ailəsi tərəfindən tərk edilmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkən Cinni xalasının himayəsinə sığınmağa məcbur olub və xalasının son nəfəsinə qədər ona qulluq edib. Daha sonra evin mülkiyyət hüququ valideynlərinə keçdiyindən, Cessiyə həmin evdə yaşamaq imkanı verilib.

Cessi orta məktəb illərində təhsilə maraq göstərməyən, dərslərdən daha çox dostları ilə əyləncəli vaxt keçirməyə və marixuana istifadəsinə üstünlük verən bir şagird olub. Onun daim "Cənab Vayt" deyə müraciət etdiyi Volter Vayt, vaxtilə kimya müəllimi olmuş və ona aşağı qiymətlər vermişdi. Volt Cessidən heç bir müsbət gözlənti bəsləmirdi. Bütün bunlara baxmayaraq, Cessi təhsilini başa vura bilib və məzuniyyət mərasimində diplomunu məhz Voltun əlindən alıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cessi pinkman sözünün mənası, cessi pinkman haqqında məlumat. cessi pinkman nədir? cessi pinkman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bornholm

  • Fevral 27, 2026

    PlayStation 4

  • Fevral 27, 2026

    Boesius

  • Fevral 25, 2026

    Bufer zonası

  • Fevral 27, 2026

    Akromeqaliya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst