Corc Vinsent Qilliqan Cr. (ing. George Vincent Gilligan Jr.; 10 fevral 1967, Riçmond) — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "Breaking Bad" və onun spin-offu olan "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır.
| Vins Qilliqan | |
|---|---|
| ing. Vince Gilligan | |
| |
| Doğum adı | George Vincent Gilligan Jr. |
| Doğum tarixi | 10 fevral 1967 (59 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | televiziya prodüseri[d], ssenarist, telerejissor, icraçı prodüser[d], kinorejissor, film prodüseri |
| Fəaliyyət illəri | 1992-ci ildən |
| Təhsili |
|
| IMDb | ID0319213 |
Qilliqan televiziyadan əlavə, 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır. Həmçinin o, 2019-cu ildə ekranlara çıxan "Breaking Bad" serialının davam filmi olan "El Kamino"nun rejissorluğunu və prodüserliyini etmişdir.
Həyatı
Vins Qilliqan 10 fevral 1967-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Onun anası Gail ibtidai məktəb müəllimi, atası Corc sığorta sahəsində çalışıb. Valideynləri 1974-cü ildə boşanıblar. Vins və kiçik qardaşı Patrik Farmville və Chesterfield County-də böyüyüblər. Onlar J. P. Wynne Campus Məktəbində təhsil almışdılar. Qilliqan Volter Vaytın dərs dediyi uydurma məktəbə öz oxuduğu J. P. Wynne məktəbinin adını qoymuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vins Qilliqan haqqında məlumat. Vins Qilliqan nədir? Vins Qilliqan nə deməkdir?
