Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr

Heliotrop (mineral)

  • Ana Səhifə
  • Vikipediya
  • Heliotrop (mineral)

Heliotrop (qanlı daş) — rast gəlmə tezliyi şkalası: nadir.

Heliotrop
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
SiO2
Xüsusiyyətləri
Bərklik 6,75 ± 0
Sıxlıq 2,61 ± 0,03 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr müşahidə olunur. Adətən püruzlar heliotropun yaşıl kütləsində qeyri-bərabər paylanır. Onların paylanma xarakterindən və ölçülərindən asılı olaraq yaranan rəsmlərə görə heliotropun xırda- və irirəsmli və zonal növ müxtəliflikləri ayrılır. Heliotrop adətən qeyri-şəffaf, nazik qırıntılarda yarımşəffaf, bəzən işıqkeçirən olur. Badamcıq, jeoda, damarcıq, qeyri-düzgün formalı xırda yığınlarına, əsas etibarilə, effuziv süxurlarda rast gəlinir. Onun əmələ gəlməsi əsasən hidrotermal proseslərlə bağlıdır. Onu əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit və b. müşayiət edir. Heliotropun bu günədək məlum olan yataqlarının sayı olduqca azdır. Onlar Hindistanda, Nepalda Myanmaa sərhədində, Almaniyada (İder-Oberşteyn), Çexiyada, Braziliyada məlumdur. Keçmiş SSRİ məkanında heliotropun yeganə sənaye əhəmiyyətli obyekti olan Todan əqiq və heliotrop yatağı Azərbaycanın Göygöl rayonu ərazisində yerləşir.

Tətbiqi

Böyük yığınları yarımqiymətli daş və məmulat daşı kimi praktik maraq doğura bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, heliotrop (mineral) sözünün mənası, heliotrop (mineral) haqqında məlumat. heliotrop (mineral) nədir? heliotrop (mineral) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İnturist

  • Fevral 25, 2026

    Konstantinopolun fəthi

  • Fevral 27, 2026

    1931-ci il

  • Fevral 24, 2026

    Qara Yanvar

  • Fevral 27, 2026

    Nikel asetat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst