Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Arı" jurnalı (az.-əski. آری‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal.

Arı (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Arı (jurnal)

"Arı" jurnalı (az.-əski. آری‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal.

Arı
az.-əski. آری‎
"Arı" jurnalının 29 yanvar 1911-ci il tarixli 7-ci nömrəsi
"Arı" jurnalının 29 yanvar 1911-ci il tarixli 7-ci nömrəsi
Baş redaktor Dadaş Bünyadzadə
Növ ictimai-siyasi satirik jurnal
Təsis tarixi 18 (31) dekabr 1910
Nəşrini dayandırıb mart 1911
Qərargah
  • Bakı
Dil Azərbaycan dili

Mündəricat

Tarixi

"Mirat"dan sonra "Arı" jurnalı fəaliyyətə başladı. Jurnalın ilk nömrəsi 1910-cu il dekabr ayının 18-də çıxmışdır. Redaktoru Dadaş Bünyadzadə, naşiri Əliməmməd Əliyev idi. Jurnalın başlığı altında yazılırdı:

" İttihad, uxuvvət, islamiyyət. "

Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq, formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr olunurdu və formatı o biri satirik jurnallara nisbətən kiçik idi. "Arı" jurnalının məsləki" sərlövhəli baş məqalədə bu mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, dövrün ictimai-siyasi hadisələrinə qiymət verir, maarifin, mədəniyyətin inkişafının vacibliyini göstərirdi. Mətbuata marağın artdığını bildirən jurnal eyni zamanda qeyd edirdi ki, mətbuat orqanlarımızın bəziləri abunəçilərin azlıqından və ya maliyyənin kasadlığından, bəziləri isə hökumət tərəfindən bağlanır. İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara "Təkamül", "Yoldaş" qəzetinə, "Molla Nəsrəddin", "Bəhlul" və " Zənbur" jurnallarına öz müsbət münasibətini bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi.

Fəaliyyəti

Baş məqalədə qabaqcıl dünyagörüşü ifadə edilsə də, bəzi məsələlərə islamçılıq nöqteyi-nəzərindən qiymət verilirdi. Məsələn, Azərbaycan xalqının cəhalətdə qalması baş məqalədə islam mədəniyyətinin qəbul edilməməsi ilə əlaqələndirilirdi. Jurnalın materialları bir qayda olaraq, satirik nəşrlər üçün xarakterik olan gizlin imzalarla dərc edilirdi. "Məcnun və Leylayi" islam və yaxud "xəlifeyi-əsr" məqaləsidə islam aləminin bir sıra mühüm siyasi hadisələri əhatə olunur, təhlil edilir və nöqsanlar satirik ifadə vasitələri ilə tənqid olunurdu.

İslam əhlini həmrəyliyə çağıran, problemlərin həllini ittihadda görən jurnal Avropa mədəniyyətini təbliğ edir, Avropa mədəniyyətini öyrənməyə, elm və maarifə rəğbəti artırmağa çağırırdı. Jurnalın üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. S. Ə. Şirvani, N. Vəzirov, S. Səlmasinin şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin portretlərini də "Arı"nın ilk səhifələrində görmək mümkündür.

"Arı" jurnalı 1911-ci ilin martınadək davam etmiş, cəmi 13 nömrəsi işıq üzü görmüşdü. Nömrədən nömrəyə keçən bir sıra materiallar, o cümlədən "Məcnun və Leylayi islam", "Mollaxanada oxuduqlarım" yarımçıq qalmışdır.

Həmçinin bax

  • Molla Nəsrəddin (jurnal)
  • Bəhlul (jurnal)
  • Zənbur (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arı (jurnal) sözünün mənası, arı (jurnal) haqqında məlumat. arı (jurnal) nədir? arı (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qatır Məmməd

  • Fevral 28, 2026

    Qiymətli daşlar

  • Fevral 27, 2026

    Osip Mandelştam

  • Fevral 27, 2026

    Təşəbbüskarlıq

  • Mart 01, 2026

    Polypterus retropinnis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst