Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində hotel. Beşulduzlu bu hotel "Absheron Hotel Group"a aiddir.

İnturist

  • Ana Səhifə
  • Vikipediya
  • İnturist

Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində hotel. Beşulduzlu bu hotel "Absheron Hotel Group"a aiddir.

"İnturist" hoteli
Sheraton Baku Intourist
Xəritə
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°21′16″ şm. e. 49°50′00″ ş. u.HGYO
Tamamlanıb 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni hotel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanlarindan biri olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur mehmanxanası "İnturist" idi. "Azərbaycan" mehmanxanası tikildikdən sonra xalq arasında ona "Yeni İnturist", "İnturist" mehmanxanasına isə "Köhnə İnturist" deyildi. Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir.

2015-ci ildə tikintisi başa çatmış yeni hotel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə də diqqəti cəlb edir. Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnturist"in yenidən tikilməsi barədə belə demişdir:

Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik.

Beşmərtəbəli binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Hotelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.

Hoteldə SPA, kitabxana, iclas zalı, restoran var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim edilir. Restoran odunla alışdırılan sobalı açıq mətbəxi, uzun masaları, yarım fərdi şam yeməyi üçün xüsusi yerləri və yamyaşıl bağçanı birləşdirir. O dünya mətbəxindən seçilmiş burgerlər, ləzzətli steykləri və digər yerli və beynəlxalq mətbəxdən seçmələri ilə müştərilərə xidmət göstərir. Buradakı şərait Bakının keçmiş əfsanəvi "İnturist" mehmanxanasının ab-havasını xatirələrdə canlandırır. Yeni "İnturist" fərqli və nadir mühiti ilə Bakının otel biznesində özünə layiqli yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 5 may 2015-ci il tarixində "İnturist" hotelinin açılışında iştirak etmişlər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnturist haqqında məlumat. İnturist nədir? İnturist nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yevstax borusu

  • Fevral 27, 2026

    Din psixologiyası

  • Fevral 27, 2026

    HOST

  • Fevral 27, 2026

    Xeyrəddin Barbarossa

  • Fevral 27, 2026

    Rus-tatar məktəbləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst