Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasın

Ədalət Vəzirov

  • Ana Səhifə
  • Vikipediya
  • Ədalət Vəzirov

Ədalət Səfərəli oğlu Vəzirov (27 aprel 1951, Divəzər, Xızı rayonu – 5 oktyabr 2002, İstanbul) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (1998).

Ədalət Vəzirov
Ümumi məlumatlar
Doğum tarixi 27 aprel 1951(1951-04-27)
Doğum yeri
  • Divəzər, Xızı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 oktyabr 2002(2002-10-05) (51 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Atası Səfərəli Vəzirov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1974-2002
Janrlar muğam, xalq mahnısı
Musiqi alətləri kamança, kamança[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998

Mündəricat

Həyatı

Ədalət Vəzirov 27 aprel 1951-ci ildə Xızı rayonunun Dizəvər kəndində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000–2002-ci illərdə direktor) müəllim işləyib, bir çox tanınmış musiqiçilər yetişdirib.

O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə — ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.

Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.

Məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub.

5 oktyabr 2002-ci ildə İstanbulda ürək tutmasından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Qardaşı da həmçinin musiqiçidir. Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Kamil Vəzirovdur.

Həmçinin bax

  • Ağaxan Abdullayev — Bayatı Kürd təsnifi (Firuz Əliyev — Tar, Ədalət Vəzirov — Kamança)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ədalət vəzirov sözünün mənası, ədalət vəzirov haqqında məlumat. ədalət vəzirov nədir? ədalət vəzirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İntihar

  • Fevral 27, 2026

    Baba Mahmudoğlu

  • Fevral 27, 2026

    Avrasiya tuneli

  • Fevral 27, 2026

    Sol milliyətçilik

  • Fevral 27, 2026

    Kaymakam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst