Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kaymakam (Hərfi tərcümə: Baş məmur, rayon qubernatoru; ərəb. قائم‎, Rom: kâim, azərb. sabit olmaq‎ və ərəb. مقام‎, Rom: Makâm azərb. rütbə, mövqe‎ sözlərinin bi

Kaymakam

  • Ana Səhifə
  • Vikipediya
  • Kaymakam

Kaymakam (Hərfi tərcümə: Baş məmur, rayon qubernatoru; ərəb. قائم‎, Rom: kâim, azərb. sabit olmaq‎ və ərəb. مقام‎, Rom: Makâm azərb. rütbə, mövqe‎ sözlərinin birləşməsindən yaranmışdır) — Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının idarəetmə sistemində, mahalın (rayonun) mülki idarə rəisidir (türk. Mülki idare amiri). Rayonda hökumətin səlahiyyətli nümayəndəsidir, buna görə də kaymakamlıq binasına hökumət binası da deyilir.

Bundan əlavə müasir polkovnik-leytenant rütbəsinə Osmanlı ordusunda kaymakam deyilmişdir.

Kaymakamlar öz vəzifələrini qubernatorların nəzarəti altında yerinə yetirirlər. Osmanlı imperiyasında ilk dəfə Tənzimat fərmanının elanı ilə bu işə başlamışdılar. Kaymakam karyeralı dövlət qulluqçusudur. Bu işə qəbul olunmaq üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər tələb olunur. Seçilməsi, hazırlanması, təyinatı və dəyişdirilməsi müəyyən qaydalar əsasında həyata keçirilir.

Mündəricat

Kaymakamlıq ilə əlaqəli idarələr

İlçə Qeydiyyat İdarəsi

  • Sənəd rəisliyi
  • Əməliyyat rəisliyi
  • İlçə Hüquq İşləri İdarəsi (əlli min və daha yuxarı əhalisi olan ilçələrdə)
  • İdarəetmə və Nəzarət İdarəsi (Əlli min və daha yuxarı əhalisi olan ilçələrdə)
  • İlçə İnformasiya Texnologiyaları İdarəsi: (Əlli min və daha yuxarı əhalisi olan ilçələrdə)
  • İlçə Sosial Tədqiqatlar və Layihə Nəzarəti İdarəsi (Nazirlik tərəfindən məqbul hesab edilən ilçələrdə)

Vəzifələri

Rayon qubernatorlarının (kaymakam) müxtəlif sahələrdə müxtəlif vəzifələri vardır. Ümumiyyətlə, onların vəzifələri Vilayət İdarəetmə Qanunu (türk. İl İdaresi Kanunu) əsasında tənzimlənir. Rayon qubernatorları xidmət etdikləri rayonda (distrikt) qanunların, nizamnamələrin, əsasnamələrin və hökumət qərarlarının dərc edilməsini və icrasını təmin edirlər. Bundan əlavə, rayonda əhalinin arzu və istəklərini yerinə yetirmək; həmçinin dövlət orqanlarının və təşkilatlarının fəaliyyətini yoxlamaq, tabe olduqları qubernatorun əmr və göstərişlərini yerinə yetirmək kimi vəzifələr də daşıyırlar. Qubernatorlar rayona aid olan bütün işləri bilavasitə rayon qubernatoruna verirlər. Rayon qubernatorları apardıqları və ya aparacaqları bütün yoxlamaların vaxtı və nəticələri barədə tabe olduqları qubernatora hesabat verməyə borcludurlar. Əgər milli bayramlar rəsmi mərasimlə qeyd olunacaqdırsa, rayon qubernatoru mərasimə sədrlik edir və təbrikləri qəbul edir.

Səlahiyyətləri

Rayon qubernatorları (Kaymakam) rayon (türk. ilçe, azərb. Distrikt‎) icra hakimiyyətinin şöbə müdirlərini qubernatorun icazəsi ilə, digər dövlət qulluqçularını və dövlət məmurlarını isə vəzifə səlahiyyətləri buna çatdığına görə şəxsən özləri (heç bir izacə almadan) vəzifədən azad edə bilərlər. Rayonda lazımi kadrları olmayan işlərin icrasını başqa aidiyyəti orqanlara həvalə edə bilərlər. Rayonda xidmət edən ədliyyə və hərbi təşkilatlardan başqa, bütün dövlət məmurlarına onların müdafiəsi dinlənildikdən sonra xəbərdarlıq və töhmət verə bilər; eyni zamanda daha sərt cəzalar təklif edə bilər. Cinayət törədilməsinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına icrası məcburi olan ciddi göstərişlər verə bilərlər. Qubernatorun icazəsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının yerlərini və vəzifələrini dəyişdirə bilərlər. Fövqəladə hallarda, qubernatorları və ən yaxın hərbi komandanlıqları xəbərdar etməklə onlardan kömək istəyə bilərlər.

Təhsil

Kaymakam (Rayon valisi) olmaq üçün Siyasi Elmlər, Hüquq və ya İqtisadiyyat və İdarəetmə Elmləri Fakültələrindən birini bitirmək şərti tələb olunur. Rayon rəhbərləri (Kaymakam) 3 illik təhsildən sonra ortaq bir fərmanla təyin olunurlar. Kaymakam namizədliyinə namizəd olan şəxsin təhsili aşağıdakı proseslərdən ibarətdir:

StajMüddət
Vilayət Mərkəz Stajı 2 ay
Kaymakam Sınaq Stajı3 ay
Müşahidəçi Mülkiyyət Müfəttişi Stajı2 ay
Nazirlik Mərkəzi Stajı (Dil Kursu)4 ay
Beynəlxalq Staj12 ay
İlçə Baş Məmuru Stajı9 ay
Kaymakamlık Kursu4 ay
Cəmi36 ay

Namizədlik

Kaymakam namizədliyi Dövlət Qulluğuna Nəzarət xidmətinin birinci dərəcəsidir və İlçə Qubernatoru (Kaymakam) kursunu müvəffəqiyyətlə bitirənlərə püşkatma yolu ilə təyin edildikləri müddətdə verilən addır. Keçmiş adı məmur idi. İlçə qubernatorluğu kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra ortaq fərmanla təyin olunmuş rayon rəhbərləri qubernatorların (valilərin) nəzdində işləyirlər. Vəzifə yerləri təyinetmə qaydalarındakı rayon təsnifatına görə dəyişir. Bu dövrlər 2 ilə 5 il arasında dəyişə bilər. Rayon Qubernatorluğu (Kaymakam) peşə məmurluğudur və son Avropa İttifaqının uyğunlaşdırma qanunları çərçivəsində başqa peşəyə mənsub şəxslər, hətta etibarnamə ilə də olsa belə kaymakamlık vəzifəsini icra edə bilməzlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kaymakam haqqında məlumat. Kaymakam nədir? Kaymakam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ludoviko Karraççi

  • Fevral 27, 2026

    Əvəlik

  • Fevral 27, 2026

    Xütbə

  • Fevral 27, 2026

    Qamışqut

  • Fevral 27, 2026

    İnhisar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst