Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə

Avrasiya tuneli

  • Ana Səhifə
  • Vikipediya
  • Avrasiya tuneli

Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır.

5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır. Bu plana əsasən 2003-cü ildə Bosforun yeni keçidi üçün ilkin texniki-iqtisadi əsaslandırma aparılır. Bu tədqiqatın nəticələrinə görə, avtomobil tuneli ən yüksək həll olaraq tövsiyə edilmişdir.

3340 m uzunluğunda olan tunel, xüsusi olaraq hazırlanmış və ən son disk kəsicilərlə təchiz olunmuş 13,7 m diametrli TBM Mixshield Slurry-dən istifadə edilərək tikilmişdir.

Tunel elə qurulmuşdur ki, sığınacaq və tunelin başqa bir səviyyəsinə qaçış yolları təmin etmək üçün 200 m aralıqda təcili yardım otaqlarını qorusun. Telefon xətti ilə təchiz olunmuş hər 600 m (2000 ft) məsafədə qəza meydançaları mövcuddur.

Tunel marşrutu üzrə sürət həddi 70 km/saatdır (43 mil/saat).

Yaranmış problemlər

1 mart 2011-ci il tarixində Şəhər Planlaşdırma Palatasının İstanbul şöbəsi, layihənin əhaliyə ziyan vurduğunu, bölgə planının olmadığını və tarixi binaların məhv ediləcəyi barədə məlumatın olmadığını iddia edərək, Qoruma Şurasının qərarına qarşı məhkəməyə müraciət edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avrasiya tuneli haqqında məlumat. Avrasiya tuneli nədir? Avrasiya tuneli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naxçıvanik

  • Fevral 27, 2026

    Lionel Denstervil

  • Fevral 24, 2026

    Male

  • Fevral 10, 2026

    Nikolas Maduro

  • Fevral 27, 2026

    Ali bitkilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst