Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehmed Fəxrəddin Kırzıoğlu və ya daha çox bilinən adı ilə Fəxrəddin Kırzıoğlu (d. 10 mart 1917, Mamaş, Qars, Türkiyə - ö. 10 fevral 2005, Ankara, Türkiyə) — qum

Fəxrəddin Kırzıoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Fəxrəddin Kırzıoğlu

Mehmed Fəxrəddin Kırzıoğlu və ya daha çox bilinən adı ilə Fəxrəddin Kırzıoğlu (d. 10 mart 1917, Mamaş, Qars, Türkiyə - ö. 10 fevral 2005, Ankara, Türkiyə) — qumuq əsilli türk tarixçi və yazıçı. Ən çox Qafqaz, Qars, Şərqi Anadolu ilə bağlı tədqiqatlar aparan Kırzıoğlu kürdlər, lazlar, həmşinlilər və Samsthe atabəylərinin türk kökənli olduğunu iddia etmişdir. Bu iddiaların kürdlər və lazların əksəriyyəti tərəfindən qəbul edilməməsinə baxmayaraq, müəyyən qədər saya malik hemşinli Kırzıoğlunun iddialarının doğru olduğunu düşünməkdədir.

Fəxrəddin Kırzıoğlu
türk. Mehmet Fahrettin Kırzıoğlu
Doğum tarixi 10 mart 1917
Doğum yeri Mamaş, Qars, Osmanlı imperiyası
Vəfat tarixi 10 fevral 2005 (87 yaşında)
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Elmi dərəcəsi Tarix elmləri doktoru

Mündəricat

Həyatı

Fəxrəddin Kırzıoğlu Kırzıoğlu Mehmed Dərviş Əfəndi və Hafizə Hesna Xoca Xanımın ilk uşaqları olaraq 1917-ci ildə Qarsda anadan olmuşdur.

Kırzıoğlu ingilis, fransız və fars dillərini bilmişdir.

Təhsili

Liseyə qədərki təhsilini Qarsda alan Kırzıoğlu 1934-cü ildə Ərzurum liseyindən məzun olmuş və İstanbul Universiteti Tibb fakültəsinə qəbul olmuşdur. 1967-ci ildə isə özünün doktorantura təhsilini tamamlamışdır. Onun doktorantura mövzusu "Osmanlıların Qafqaz ellərini fəthi" olmuşdur.

1982-ci ildə "Ani şəhərinin tarixi" adlı elmi əsəri ilə professor olmuşdur.

Fəaliyyəti

Kırzıoğlu ailəvi səbəblərə görə təhsilinə davam edə bilməmiş və 1936-1937-ci illər arasında Posofda xalq ədəbiyyatı antologiyaları hazırlamışdır. Sonrakı illərdə Qars liseyində tarix müəllimliyi edən Kırzıoğlu 1946-cı ildə İstanbul Universiteti Tarix fakültəsindən məzun olmuşdur. Bundan sonrakı 9 il boyunca müxtəlif şəhərlərdə tarix müəllimliyi etmişdir. Sıra ilə Türkiyə Milli Təhsil Nazirliyi Arxiv İdarəsində müdir köməkçiliyi, Türk Ensiklopediyasında mütəxəsislik və Türkiyə Təhsil Nazirliyi Müəllimi İş Dövründə Yetişdirmə Bürosunda şöbə müdirliyi etmişdir.

Kırzıoğlu doktorantura təhsilini bitirdikdən sonra Ərzurum Atatürk Universitetinin Tarix fakültəsində müəllim kimi çalışmışdır. Uzun müddət İstanbul Universitetinin Tarix fakültəsində çalışmışdır.

Bunlarla yanaşı, Kırzıoğlu Türkiyə İslam Ensiklopediyasının hazırlanmasında da iştirak etmiş və orada bəzi maddələrin müəllifi olmuşdur.

Kökəni

Osmanlı imperiyasında doğulub, Türkiyə Respublikasında fəaliyyət göstərsə də, Fəxrəddin Kırzıoğlunun kökü Şimali Qafqaza dayanır. Belə ki, o, mənşəcə Şimali Qafqazda yaşayan türk etnoslarından biri olan qumuqlardandır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fəxrəddin kırzıoğlu sözünün mənası, fəxrəddin kırzıoğlu haqqında məlumat. fəxrəddin kırzıoğlu nədir? fəxrəddin kırzıoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    BDU Jurnalistika

  • Fevral 23, 2026

    Kükürd

  • Fevral 27, 2026

    Paqan xan

  • Fevral 27, 2026

    Təcil

  • Fevral 27, 2026

    Sənəd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst