Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq.
![]() | |||||||||
| Lazlar, 1900-cu il | |||||||||
| Ümumi sayı | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 250 000 | |||||||||
| Yaşadığı ərazilər | |||||||||
| |||||||||
| Dili | |||||||||
| Qohum xalqlar | |||||||||
| meqrellər |
Sayları
SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.
Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı.
Türkiyədə
Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir.
- 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi.
| Lazca danışanlar | 1935 sa. | 1945 sa. | 1950 sa. | 1955 sa. | 1960 sa. | 1965 sa. |
|---|---|---|---|---|---|---|
| Ana dili kimi | 63 253 | 46 987 | 70 423 | 27 016 | 21 703 | 26 007 |
| İkinci dil kimi | 5 061 | 4 956 | … | 22 667 | 38 267 | 59 101 |
| Birlikdə | 68 314 | 51 943 | 70 423 | 49 683 | 59 970 | 85 108 |
| Türkiyə əhalisi | 16 158 567 | 18 790 987 | 20 947 155 | 24 065 544 | 27 755 532 | 31 391 651 |
- Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır.
- Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir. Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır.
Həmçinin bax
- Abxaziya lazları
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lazlar haqqında məlumat. Lazlar nədir? Lazlar nə deməkdir?
