Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə

Misterio

  • Ana Səhifə
  • Vikipediya
  • Misterio

Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında peyda olmuşdur. Misterio adını daşıyan bir neçə şəxs olmuşdur. Bunlardan ən çox tanınanı və ilk Misterio olmuş Kventin Bekdir (ing. Quentin Beck). Misterio Hörümçək-adamın əzəli düşmənlərindən biridir.

Misterio
ing. Mysterio
Nəşriyyat Marvel Comics
Yayım tarixi
  • Kventin Bek:
  • The Amazing Spider-Man #13 (iyun 1964)
  • Daniel Berkhart:
  • The Amazing Spider-Man #141 (fevral 1975)
  • Frensis Klam:
  • Spider-Man/Black Cat: The Evil that Men Do #1 (avqust 2002)
  • Misterion:
  • Avenging Spider-Man #22 (iyun 2013)
Yaradıcı(lar)
  • Kventin Bek:
  • Sten Li
  • Stiv Ditko
  • Daniel Berkhart:
  • Cerri Konvey
  • Ross Andru
  • Frensis Klam:
  • Kevin Smit
  • Terri Dodson
  • Misterion:
  • Kristofer Yost
  • Devid Lopes
Xüsusiyyətlər
Əsl adı
  • Kventin Bek
  • Daniel Berkhart
  • Frensis Klam
  • Bilinmir
Cinsiyyəti kişi[d]
Növü
  • (Klam)
  • İnsan mutantı
Vətəndaşlıq
  •  ABŞ
Komiks bioqrafiyası
Üzvlükləri
  • (Bek)
  • Magiya
  • Məşum altılıq
  • (Berkhart)
  • Məşum altılıq
Partnyorları
  • (Berkhart)
  • Cey Cona Ceymson
Düşmənləri Hörümçək-adam, Daredevil
Ləqəbləri
  • (Bek)
  • Doktor Lüdviq Raynhart
  • (Berkhart)
  • Cek O'Lantern
  • Dəli Cek
  • (Bilinmir)
  • Misterion
Gücləri
  • (Bek)
  • xüsusi effektlər, illüziya ekspekti
  • usta hipnozçu və magiyaçı
  • həvəskar kimyaçı və robototexnikaçı
  • yaxşı əlbəyaxa döyüşçü
  • silahlardan istifadə
  • (Klam)
  • teleportasiya
  • telepatiya
  • telekinezis

Misterio bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2009-cu ildə IGN Misterionu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 85-ci yerdə göstərmişdir.

Mündəricat

Nəşrolunma tarixi

Orijinal Misterio (Kventin Bek) Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında (iyun 1964) görünmüşdür. Daha sonra məlum olmuşdur ki, komiksin 2-ci sayında yadplanetlilər əslində Misterio və onun adamları olmuşdur. Belə ki, Misgərçi onu hərbi sirləri açmaq üçün göndərmişdi.

İkinci Misterio (Daniel Berkhart) Cerri Konvey və Ross Andru tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 171-ci sayında (fevral 1975) görünmüşdür.

Üçüncü Misterio Frensis Klam Kevin Smit və Terri Dodson tərəfindən yaradılmış və ilk dəfə "Spider-Man/Black Cat: The Evil That Men Do" komiksinin 1-ci sayında (avqust 2002) görünmüşdür.

Dördüncü Misterio (Misterion) Kristofen Yost və Devid Lopes tərəfindən yaradılmış və ilk dəfə "Avenging Spider-Man" komiksinin 22-ci sayında (iyun 2013) peyda olmuşdur.

Bioqrafiya

Kventin Bek

Misterionun ilk dəfə göründüyü "The Amazing Spider-Man" komiksinin 13-cü sayı.

Ən tanınmış Misterio olan Kventin Bek xüsusi adını film sənayesində yüksəklərə daşımaq arzusunda olan, Hollivudda əsas studiyaların birində işləyən xüsusi effektlər ustası və dublyordur. Lakin xüsusi effeklər sahəsindəki işi alınmır. Buna görə də aktyor olmağa qərar verir, lakin çox uğur qazana bilir. Tezliklə dərk edir ki, illüziya sənətindəki böyük bacarığı onu effektiv supercinayətkar kimi tanıda bilər.

Hörümçək-adamla ilk döyüşündə Misterio bir soyğun hadisəsini onun üzərinə yıxır, onun hörümçək hislərini qazla deaktiv edir və kimyəvi maddə ilə torunu həll edir. Lakin Hörümçək-adam soyğunun Misterio tərəfindən törədildiyini üzə çıxara bilir və Misterio həbs olunur. Həbs olunan Misterio Hörümçək-adamı karyerasını məhv etməkdə günahlandırır. Qisas almaq üçün Məşum altılığa qatılır, lakin məğlub olur.

Misterio daha sonra psixiatr Doktor Lüdviq Raynhart adlı şəxsiyyət yaradır, texnologiya və hipnozdan istifadə edərək Hörümçək-adamın ağlını itirməsinə və maskasını düşürməsinə çalışır. Lakin Hörümçək-adam Cey Cona Ceymsonun köməyi ilə xilas olur. Hörümçək-adam Misterionun maskasını düşürür. Daha sonra Misterio Sehrbazla əlbir olaraq Hollivudda bir studiyada Hörümçək-adam və Məşəl-adamı öldürməyə cəhd edir, lakin hər ikisi məğlub olur və həbs edilir. Misterio televiziyada şəhəri məhv etməklə təhdid edir və hipnoz və minilunaparkdan istifadə edərək Hörümçək-adamın 150 mm boyunda olduğunu düşünməsini təmin edir. Lakin Hörümçək-adam illüziyanı görür və Misterionu yenə məğlub edir.

Daniel Berkhart

Orijinal Misterio Kventin Bek həbsdə olduğu müddətdə Cey Cona Ceymson Bekin keçmiş partneri olmuş dublyor Daniel Berkhartı pulla tutaraq ondan Hörümçək-adama Misterionun kabusu kimi zülm etməsini istəyir. Hörümçək-adam onu məğlub edəndən sonra Berkhart başa salır ki, Bek "ölümündən" sonra bəzi alətləri ona miras qoyub və qisas almaq fikrindədir. Tezliklə Berkhart həbs olunur, lakin Hörümçək-adama qarşı hərəkətlərinə şahid tapılmır. Berkhart Ceymsondan ona vəkil tutmasını istəyir.

Berkhartın intiharından sonra Misterio adını götürmüş müəmmalı bir şəxs yenilənmiş Məşum altılığa qatılır və tez-tez onun "ölümünə" istinadlar edir. Uzun müddət yeni Misterionun kim olduğu müəmmalı qalır, lakin "Spider-Man: The Mysterio Manifesto" hekayəsində bu müəmmalı şəxsin elə Daniel Berkhart olduğu üzə çıxır.

Frensis Klam

Teleportasiya bacarığına malik olan mutant Frensis Klam böyük qardaşı Qarrison tərəfindən cinsi istismara məruz qalır və güclərindən Qarrisonun illeqal fəaliyyətləri (heroin paylayıcısı) üçün istifadə etməsinə məcbur olur. Qarrison Qara pişiyə heroin verərək onu zorlamağa cəhd edəndə Frensis qardaşını dayandırmağa qərar verir və onu öldürür.

Frensisin qardaşı Qarrisonla olan çirkin münasibətini və onun ölümündəki rolunu öyrənən Qara pişik onu məsul şəxslərə müraciət etməyə razı salır. Lakin Hörümçək-adam Frensisin Qara pişiyi onların söhbət etdikləri körpüdən atmaq istədiyini zənn edib Frensisə hücum edir. Qara pişiyin ona xəyanət etdiyini düşünən Frensis körpüdən aşağı düşür, ağır yaralanır, sol ayağını dizdən aşağı itirir.

Qisas arzusunda olan Frensis Kinqpinə müraciət edir və yenicə ölmüş Misterionun (Kventin Bek) əşyalarını satın alır. Düşünür ki, köhnə düşməninin kostyumu ilə onu məğlub edə bilər. Hörümçək-adam Frensisin əsl məsələsini öyrənəndə artıq gec olur.

Frensisin Hörümçək-adamı öldürmək planı Miss Ox tərəfindən pozulur.

Misterion

Adı məlum olmayan afroamerikalı bir şəxs Misterionun kostyumunu Roderik Kinqslidən satın alır və özünə Misterion adını götürür. Ali Hörümçək-adama (Doktor Osminoq) və Cəzalandırıcıya qarşı döyüşür. Liberti adasına dinozavr robotları ilə hücum edir, lakin Sincab qız və digər superqəhrəmanlar tərəfindən məğlub edilir.

Güclər və bacarıqlar

Quentin Beck super insan qabiliyyətlərinə malik deyil, lakin o, xüsusi effektlər cihazlarının və səhnə illüziyalarının ekspert dizayneri, usta hipnozçu və sehrbaz və həvəskar kimyaçı və robotistdir. O, kaskadyor kimi öyrəndiyi əlbəyaxa döyüş texnikaları haqqında geniş biliyə malikdir, bu da ona düşməninin üstün fiziki qabiliyyətlərinə baxmayaraq Hörümçək-adamla döyüşməyə imkan verir və öz bacarıqlarını başqa bir özünümüdafiə üsulu kimi yanlış istiqamətdə istifadə edir.[8 ]

Avadanlıq Mysterio'nun kostyumunda ona kömək etmək üçün bir çox cihaz var. Onun dəbilqəsi birtərəfli pleksiglasdan hazırlanmışdır, yəni o, çölə baxır, amma heç kim içini görə bilmir.[69] Dəbilqə həmçinin onu öz qazlarından qorumaq üçün hava təchizatı, duman örtüyündə hərəkət etmək üçün sonar və 3D illüziyalar yaratmaq üçün holoqrafik proyektor daxildir. Onun çəkmələrində ona təsir edici sıçrayışlar və eləcə də səthlərdən yapışmaq imkanı verən maqnit yayları var.[69] Mysterionun kostyumunda çəkmələrdə və biləklərdə onun hərəkətlərini qoruyan daimi tüstü axını buraxa bilən ucluqlar var.[69] O, müxtəlif effektlər üçün bu tüstü pərdəsinə digər kimyəvi maddələri qarışdıra bilər, o cümlədən Hörümçək-adamın hörümçək hisslərini kütləşdirən və maneə törədən qaz, 30 dəqiqə iflic vəziyyətinə salan qaz, Hörümçək-adamın torunu yeyən aşındırıcı, ətrafdakıları yaradan hipnogenlər. onun iradəsinə daha çox həssasdır və halüsinogenlər canlı hallüsinasiyalara səbəb olur.[69] Hypnogens və hallucinogens, onun holoqrafik proyektorları ilə birlikdə Mysterio illüziyalarının əksəriyyətinə necə nail olur. Kostyum bəzən hücum silahlarını da əhatə edir, məsələn, lazerlər və ya onun çiyinlərindəki göz emblemlərindəki nokaut qaz ucluqları və ya ona toxunanları elektrik cərəyanı ilə vurmaq üçün peyni içərisində elektrik sarğıları.[sitat lazımdır].

Digər mediada

Misterio "Valehedici Hörümçək-adam" animasiya serialında.

Televiziya

  • Hörümçək-adam
  • Hörümçək-adam və onun heyranedici dostları
  • Hörümçək-adam
  • Valehedici Hörümçək-adam
  • Mükəmməl Hörümçək-adam

Film

  • Brüs Kempbell Sem Rayminin "Hörümçək-adam" trilogiyasının hər 3 filmində də Kventin Bek kimi kameo etmişdir. Ləğv olunmuş dördüncü Hörümçək-adam filminin ssenaristlərindən olan Cefri Henderson 2016-cı ildə bildirmişdi ki, sonda Brüs Kempbelli Misterio kimi Hörümçək-adamın qarşısına çıxarmaq planları var idi.
  • Marvel Kinematoqrafiya Kainatının "Hörümçək-adam: Evdən uzaqda" filmində Misterio rolunu Ceyk Cillenhol canlandırmışdır. Filmdə Misterio "Qisasçılar: Final" filmindəki hadisələrdən sonra paralel dünyadan gələn şəxs kimi təqdim olunmuşdur.

Videooyun

  • Questprobe
  • The Amazing Spider-Man
  • The Amazing Spider-Man 2
  • The Amazing Spider-Man vs. The Kingpin
  • Spider-Man: Mysterio's Menace
  • The Amazing Spider-Man
  • Spider-Man: Return of the Sinister Six
  • Spider-Man: The Animated Series
  • The Amazing Spider-Man: Lethal Foes
  • Spider-Man 2: The Sinister Six
  • Spider-Man
  • Spider-Man 2
  • Marvel: Ultimate Alliance
  • Spider-Man: Friend or Foe
  • Spider-Man: Web of Shadows
  • Spider-Man: Shattered Dimensions
  • Marvel Super Hero Squad Online
  • Lego Marvel Super Heroes
  • Disney Infinity: Marvel Super Heroes
  • Disney Infinity 3.0
  • Marvel: Avengers Alliance 2.
  • Lego Marvel Super Heroes 2.
  • Marvel: Future Fight

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Misterio haqqında məlumat. Misterio nədir? Misterio nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Piri Mürsəlzadə

  • Mart 01, 2026

    Pəmbək distansiyası

  • Fevral 27, 2026

    Dəmir adam

  • Fevral 27, 2026

    Briqada generalı

  • Fevral 27, 2026

    Cavanşir Feyziyev

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst