Stiv Ditko (ing. Steve Ditko; 2 noyabr 1927[…] – 27 iyun 2018[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ komiks rəssamı və yazıçısı. Marvel Comics-də işləyərkən Sten Li ilə birlikdə yaratdığı Hörümçək-adam və Doktor Strenc personajları ilə məşhurdur.
| Stiv Ditko | |
|---|---|
| |
| Doğum tarixi | 2 noyabr 1927[…] |
| Vəfat tarixi | 27 iyun 2018[…] (90 yaşında) |
| Vəfat yeri |
|
| Komiks fəaliyyəti | |
| Sahəsi | komiks rəssamı, ssenarist, boyakar[d], illüstrasiyaçı[d] |
| Əsas işləri | |
Ditko Nyu-York şəhərində yerləşən Karikaturaçılar və İllüstratorlar Məktəbindən təhsil almış və müəllimi Betmen rəssamı Cerri Robinson olmuşdur. 1953-cü ildə peşəkar karyerasına başlamış, Cek Körbi və Co Simonun studiyasında işləməyə başlamışdır. Charlton Comics-də işləmiş, burada müəmma və elmi fantastika komiksləri üzərində işləmişdir. 1960-cı ildə Kapitan Atom personajını yaratmışdır.
1950-ci illərdə Marvel Comics-in xələfi Atlas Comics-ə qoşulmuş və burada böyük işlər görmüşdür. Burada Hörümçək-adam və Doktor Strenc personajlarını yaratmışdır. Lakin özünün açıqlamadığı səbəblərdən ötürü nəşriyyatı tərk etmişdir.
DC Comics və Charlton Comics-ə qayıtmış, burada Göy böcək, Şahin və Göyərçin, Sual kimi məşhur personajlar yaratmışdır. Stiv müsahibə vermək həmişə imtina edirdi, çox nadir hallarda verirdi.
29 iyun 2018-ci ildə Nyu-York şəhərində öz evində vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stiv Ditko haqqında məlumat. Stiv Ditko nədir? Stiv Ditko nə deməkdir?
