Ceykob Bencamin Cillenhol (ing. Jake Benjamin Gyllenhaal; 19 dekabr 1980[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. İsveçli zadəgan ailədə doğulan Ceyk, kinorejissor Stiven Cillenholun və ssenarist Naomi Fonerin oğludur. Onun bacısı aktrisa Meqqi Cillenholdur. Ceyk aktyorluq etməyə uşaq yaşlarından başlayıb. Onun rol aldığı ilk film 1991-ci ildə "City Slickers" olub. O, atasının lentə aldığı "A Dangerous Woman" və "Homegrown" filmlərində çəkilib. Ceyk "October Sky" və "Donni Darko" filmlərinə görə məşhurluq qazanmışdır.
| Ceyk Cillenhol | |
|---|---|
| ing. Jake Gyllenhaal | |
| |
| Doğum adı | Jacob Benjamin Gyllenhaal |
| Doğum tarixi | 19 dekabr 1980[…] (45 yaş) |
| Doğum yeri | |
| Partnyorları |
|
| Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d], icraçı prodüser[d] |
| Fəaliyyət illəri | 1991-ci ildən |
| Təhsili |
|
| Boyu | 181,6 sm |
| IMDb | ID0350453 |
![]() | |
Ceyk 2004-cü ildə elmi fantastika, fəlakət janrında olan "Birisigün" filminə rol alıb. O, 2005-ci ildə "Qozbel dağ" filmindəki performansına görə "BAFTA" mükafatı qazanmış, bununla yanaşı "Oskar" mükafatına da namizəd olmuşdur. Ceyk uğurlu karyeraslna davam edib və "Zodiac", "Love & Other Drugs" və "Source Code" filmlərinə çəkilmişdir.
Həyatı
Ceykob Bencamin Cillenhol 19 dekabr 1980-ci ildə Los-Anceles şəhərində anadan olub. Onun valideynləri film prodüseri və ssenaristi olan Naomi Foner və rejissor Stiven Cillenholdur. Ceyk böyük bacısı Meqqi Cillenhol ilə birlikdə "Donni Darko" filmində çəkilib. Ceykin atası ingilis mənşəlidir və isveçli zadəgan ailədən gəlir. Ceykin anası isə Nyu-Yorkda doğulmuş yəhudidir. Onun anası Rusiya və Polşadan olan aşkenazi yəhudilərinin ailəsində doğulub. Ceyk özünü yəhudi hesab edir.
Filmoqrafiya
| İl | Adı | Rol | Qeydlər | Ref. |
|---|---|---|---|---|
| 1991 | City Slickers | Daniel Robbins | ||
| 1993 | A Dangerous Woman | Edward | ||
| Josh and S.A.M. | Leon Coleman | |||
| 1998 | Homegrown | Jake / Blue Kahan | ||
| 1999 | October Sky | Homer Hickam | ||
| 2001 | Donni Darko | Donnie Darko | ||
| Bubble Boy | Jimmy Livingston | |||
| Lovely and Amazing | Jordan | |||
| 2002 | The Good Girl | Thomas "Holden" Worther | ||
| Highway | Pilot Kelson | |||
| Moonlight Mile | Joe Nast | |||
| 2004 | Birisigün | Sam Hall | ||
| Jiminy Glick in Lalawood | Himself | Kameo | ||
| 2005 | The Man Who Walked Between the Towers | Narrator | Səsləndirmə; Sənədli film | |
| Qozbel dağ | Jack Twist | |||
| Proof | Harold "Hal" Dobbs | |||
| Jarhead | Anthony "Swoff" Swofford | |||
| 2007 | Zodiac | Robert Graysmith | ||
| Rendition | Douglas Freeman | |||
| 2009 | Qardaşlar | Tommy Cahill | ||
| 2010 | Fars şahzadəsi: Zamanın qumları | Dastan | ||
| Love & Other Drugs | Jamie Randall | |||
| 2011 | Source Code | Colter Stevens | ||
| 2012 | End of Watch | Brian Taylor | ||
| 2013 | Prisoners | Detective Loki | ||
| Düşmən | Adam Bell / Anthony Clair | |||
| 2014 | Gecə leşyeyəni | Louis "Lou" Bloom | ||
| 2015 | Accidental Love | Howard Birdwell | ||
| Southpaw | Billy Hope | |||
| Everest | Scott Fischer | |||
| Darmadağın | Davis Mitchell | |||
| 2016 | Gecə heyvanları | Edward Sheffield / Tony Hastings | ||
| 2017 | Life | Dr. David Jordan | ||
| Okja | Dr. Johnny Wilcox | |||
| Stronger | Jeff Bauman | |||
| 2018 | Wildlife | Jerry Brinson | ||
| The Sisters Brothers | John Morris | |||
| 2019 | Velvet Buzzsaw | Morf Vandewalt | ||
| Hörümçək-adam: Evdən uzaqda | Kventin Bek / Misterio | |||
| 2021 | Spirit Untamed | James "Jim" Prescott | Səsləndirmə | |
| The Guilty | Joe Baylor | |||
| 2022 | Ambulance | Danny Sharp | ||
| Strange World | Searcher Clade | Səsləndirmə | ||
| 2023 | Guy Ritchie's The Covenant | Sergeant John Kinley | ||
| TBA | Road House | Elwood Dalton | Post-production | |
| Untitled Guy Ritchie's Action Film | Post-production |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyk Cillenhol haqqında məlumat. Ceyk Cillenhol nədir? Ceyk Cillenhol nə deməkdir?

