Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl t

Tapdıq Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Tapdıq Həsənov

Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi

Tapdıq Həsənov
Tapdıq Həsənov Güləhməd oğlu
Doğum tarixi 1937 (88–89 yaş)
Doğum yeri Təzəkənd, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Güləhməd Həsənov
Elmi dərəcəsi coğrafiya elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsi
Tanınır coğrafiyaçı
Mükafatları Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Azərbaycan Respublikasının əməkdar müəllimi

Mündəricat

Həyatı

Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır.

Elmi fəaliyyəti

1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb.

Elmi əsərləri

  • Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52.
  • Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. 2007 .¹1, səh. 139-146.
  • Bakı-Abşeron və ətraf regionlarda təsərrüfatın mütənasib inkişaf problemləri// Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Hüquq, sosial-ictimai, iqtisad, filologiya və pedaqoji elmlər seriyası. 2007, ¹21, s. 48-54.
  • Azərbaycanda ətraf mühitin mühafizəsinin iqtisadi-coğrafi problemləri//Hidrometeorologiya və ətraf mühitin monitorinqi. 2007 ¹4, səh. 7-16.
  • Azərbaycanın ekoloji-coğrafi mövqeyi və onun yaratdığı problemlər/Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XII cild Bakı, 2008, səh. 318-442.
  • “Regionların innovasiyalı sosial-iqtisadi inkişafı : reallıqlar və perspektivləri “ mövzusunda respublika elmi praktiki konfransın materialları. 7 may, 2015, “Avropa “ nəşir s.207-210
  • Ümümmilli lider Heydər əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Regional idarəetmə: innovativ yanaşmalar və perspektiv imkanlar. Aprel,2015, Bakı-Azərbaycan, s.219-225
  • Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqmətləri.Şərikli.”Coğrafiya və təbii resurslar “ jurnalı № 2 , 2015-il, s. 23-30, Azərbaycan Coğrafiya cəmiyyəti.
  • İqtisadi-coğrafi rayonlaşdırma ölkənin sosial-iqtisadi həyatının tənzimlənməsi-nin fəaliyyət vasitəsidir. BDU-nun Coğrafiya fakultəsinin “ Coğrafiya: nəzəriyyə ,praktika və innovasiya” mövzusunda Elmi –praktiki konfransın materialları. 2015-ci il 10 dekabr, s.23-29
  • Azərbaycan iqtisadiyatının dayanıqlı ekoinkişaf modeli// “Opto-, nanoelektronika, kondensə olunmuşmühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransın materialları. 2015-ci il.

Kitabları

  • Coğrafiya tarixi. Bakı, 2001 (dərslik, həmmüəlliflə). Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку, 2004.
  • Pedaqoji təcrübə və onun təşkili. Metodiki vəsait, Bakı 2015.

Mükafatları

  • Azərbaycan "Əməkdar müəllim" fəxri adı
  • Azərbaycan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
  • Azərbaycan Bakı Dövlət Universitetinin "Fəxri fərmanı"

Həmçinin bax

  • Tofiq Hüseynov
  • Rza Mahmudov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tapdıq Həsənov haqqında məlumat. Tapdıq Həsənov nədir? Tapdıq Həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Taiz

  • Mart 01, 2026

    Cəm şəhristanı

  • Fevral 27, 2026

    Gorus rayonu

  • Fevral 27, 2026

    Bakterioz

  • Fevral 23, 2026

    Qriqori təqvimi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst