Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir.

Qardabani bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qardabani bələdiyyəsi

Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir.

Rayon
Qardabani bələdiyyəsi
gürc. გარდაბნის მუნიციპალიტეტი (qardabnis munitsipaliteti)
Bayraq
Bayraq

41°27′39″ şm. e. 45°05′22″ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Qardabani
İcra başçısı Zviad Epitaşvili
Tarixi və coğrafiyası
Sahəsi 1 304.1 km²
Əhalisi
Əhalisi 99 700 nəfər
Rəsmi sayt
Qardabani bələdiyyəsigürc. გარდაბნის მუნიციპალიტეტი (qardabnis munitsipaliteti) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı.

Fiziki-coğrafi mövqeyi

Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir. Rayon mərkəzi olan Qardabani şəhəri Rustavidən 25 km., paytaxt Tiflisdən 42 km. məsafədə yerləşir.

Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən hündürlüyü təqribən 300 metr təşkil edən Qarayazı düzündə yerləşir. Ən hündür nöqtəsi 1499 metr olan Sanişno dağıdır.

İnzibati bölgüsü

Sahəsi 1304,1 km2 olan Qardabani rayonunun ərazisi 1 səhər (Qardabani şəhəri — 11786 nəfər), 2 qəsəbə (Lilo-2132 nəfər, Kocor-1358 nəfər) və 47 kənddən ibarətdir. Kəndlərin 33-də gürcülər, 14-də isə azərbaycanlılar üstünlük təşkil edir. Kəndlərin 6-nın əhalisinin sayı 5000 nəfərdən çoxdur: Martkofi (7666 nəfər), Sərtiçala (7041 nəfər), Nəzərli (5808 nəfər), Soğanlıq (5698 nəfər), Kosalı (5612 nəfər) və Qamarcveba (5282 nəfər).

Əhalisi

Milli tərkibi

Yaşayış məntəqələri üzrə

Şəhər/kəndƏhali
2002-ci ildə,
sayı.
gürcü
%
azər-
baycanlı
%
yunan
%
Qardabani (gürc. გარდაბანი)1185890
Didi Lilo (gürc. დიდი ლილო)2420
Kocori (gürc. აღთაქლა)1867
Ağtəklə (gürc. აღთაქლა)422993
Anbartəpə (gürc. ამბართაფა) (keç. Traubenfeld)1311381
Axali-Samqori (gürc. ახალი სამგორი)222398
Axalsopeli (gürc. ახალსოფელი,
41°45′43″ şm. e. 45°04′30″ ş. u.HGYO)
182798
Axaltskaro (gürc. ახალწყარო)48797
Axalşeni (gürc. ახალშენი)118487
Birlik (gürc. ბირლიკი)165598
Vaziani (gürc. ვაზიანი)26947911
Varketili (gürc. ვარკეთილი)293293
Vaxtanqisi (gürc. ვახტანგისი) (keç. Ulyanovka)259290
Qamarcveba (gürc. გამარჯვება)528297
Candar (gürc. ჯანდარი)311897
Dideba (gürc. დიდება)17597
Zemo-Teleti (gürc. ზემო თელეთი)84799
Kalinino (gürc. კალინინო) (keç. Tatyanovka)115694
Qaracalar (gürc. კარაჯალარი)414198
Qarataqla (gürc. ყარათაგლა)293698
Aşağı Kəpənəkçi (gürc. ქვემო კაპანახჩი)
Kvemo-Teleti (gürc. ქვემო თელეთი)79898
Kveseti (gürc. კვესეთი)12100
Kvişiani (gürc. ქვიშიანი)28592
Kosalı (gürc. ქესალო)561298
Kiketi (gürc. კიკეთი)17392
Krtsanisi (gürc. კრწანისი)256087
Kumisi (gürc. კუმისი)218297
Lemşveniera (gürc. ლემშვენიერა)193198
Leninisi (gürc. ლენინისი)
Martkopi (gürc. მარტყოფი)766699
Mzianeti (gürc. მზიანეთი)41396
Muğanlı (gürc. მუღანლო)355899
Muxran-Teleti (gürc. მუხრან-თელეთი)93100
Muxrovani (gürc. მუხროვანი)61894
Naqebi (gürc. ნაგები)48191
Nəzərli (gürc. ნაზარლო)580897
Nasaquri (gürc. ნასაგური)140982
Norio (gürc. ნორიო)396899
Patara-Lilo (gürc. პატარა ლილო)663100
Poniçala (gürc. ფონიჭალა)569889
Ruisbolo (gürc. რუისბლო)
Saakadze (gürc. სააკაძე)2867412
Sartiçala (gürc. სართიჭალა) (keç. Fridenfeld)704190
Səmədli (gürc. სამადლო)17100
Satsxenisi (gürc. საცხენისი,
41°47′57″ şm. e. 45°03′55″ ş. u.HGYO)
56599
Tabaxmela (gürc. ტაბახმელა)203697
Təzəkənd (gürc. თაზაქენდი)185698
Tsavkisi (gürc. წავკისი)119999
Tsalaskuri (gürc. წალასყური)56198
Tsinubani (gürc. წინუბანი)118998
Tsitelubani (gürc. წითელუბანი)37391
Şindisi (gürc. შინდისი)154399

Təsərrüfatı

Qardabani rayonu Gürcüstanın aqrar-sənaye rayonudur. Energetika sənayesi, xüsusilə istilik energetikası kifayət qədər yüksək inkişaf etmişdir. 2006-cı ildə Gürcüstanda toplanmış yulafın 24,4%-i, tərəvəzçilik məhsullarının 14%-i, günəbaxanın 5,6%-i, qarğıdalının 5,3%-i, yumurta istehsalının 17,4%-i, yun istehsalının 8,6%-i, ət istehsalının 4,6%-i, süd istehsalının 4,4%-i, diri ev quşlarının 10,6%-i, davarın 7,9%-i, mal-qaranın isə 3,8%-i Qardabani rayonunun payına düşmüşdür.

Faydalı istinadlar

  • Kvemo Kartli mxaresinin (quberniyasının) rəsmi internet səhifəsi
  • Gürcüstan Statistika Departamentinin rəsmi internet səhifəsi 2008-11-18 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qardabani bələdiyyəsi haqqında məlumat. Qardabani bələdiyyəsi nədir? Qardabani bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarabulaq

  • Fevral 27, 2026

    3 (ədəd)

  • Fevral 28, 2026

    Əliqasımlı

  • Fevral 27, 2026

    Phocarctos

  • Fevral 27, 2026

    İnfitar surəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst