Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuz Kazımzadə (ing. Firuz Kazemzadeh; 27 oktyabr 1924, Moskva – 17 may 2017, Kaliforniya) — ABŞ tarixçisi, Yel Universitetinin tarix üzrə professoru.

Firuz Kazımzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Firuz Kazımzadə

Firuz Kazımzadə (ing. Firuz Kazemzadeh; 27 oktyabr 1924, Moskva – 17 may 2017, Kaliforniya) — ABŞ tarixçisi, Yel Universitetinin tarix üzrə professoru.

Firuz Kazımzadə
ing. Firuz Kazemzadeh
fars. فیروز کاظم‌زاده‎
Doğum tarixi 27 oktyabr 1924(1924-10-27)
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], RSFSR, SSRİ
Vəfat tarixi 17 may 2017(2017-05-17) (92 yaşında)
Vəfat yeri
  • Kaliforniya, ABŞ
Dəfn yeri
  • İnqlvud-Park qəbiristanlığı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahələri Rusiya tarixi, Qafqaz tarixi[d]
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Elmi adı
  • professor
İş yeri
  • Yel Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Stenford Universiteti

Həyatı və təhsili

Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır. Həmin dövrdə Kazımzadənin 27 yaşı var idi. Bu onun ilk kitabı idi. 1968-ci ildə Yell Universitetinin nəşriyyatında "Rusiya və İngiltərə İranda (1864-1914). İmperializmin tədqiqi" monoqrafiyası işıq üzü görmüşdür. Bu kitab 2004-cü ildə Moskvada rus dilində "İranda nüfuz uğrunda mübarizə. Rusiya və İngiltərə diplomatik qarşıdurma" başlığı ilə nəşr olunmuşdur. Kazımzadənin 3-cü əsəri "Böyük İvandan inqilabadək rus imperializmi" əsəri 1974-cü ildə çapdan çıxmışdır.15 may 1998-ci ildən 23 may 2003-cü ilə qədər ABŞ-də beynəlxalq dini azadlıq komisiyasının üzvü olmuşdur. Bəhai dinini qəbul etmişdir. Professor Kazımzadə Rusiya və İran tarixinə dair bir sıra kitabların, habelə nüfuzlu elmi jurnallar üçün çoxsaylı məqalə və rəylərin müəllifidir.

17 may 2017-ci ildə ABŞ-də vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firuz Kazımzadə haqqında məlumat. Firuz Kazımzadə nədir? Firuz Kazımzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Boyan mədəniyyəti

  • Fevral 27, 2026

    Kosmos

  • Mart 01, 2026

    Yung Lean

  • Fevral 27, 2026

    Bakcell Arena

  • Mart 01, 2026

    Uzunbığlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst