Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Subduksiya — Subduksiya iki plitənin bir-birinə qarşı hərəkət etməsi nəticəsində yaranır. Onları ayıran sərhəd konvergent sərhəd adlanır. Bu zaman sıxlığı daha

Subduksiya

  • Ana Səhifə
  • Vikipediya
  • Subduksiya

Subduksiya — Subduksiya iki plitənin bir-birinə qarşı hərəkət etməsi nəticəsində yaranır. Onları ayıran sərhəd konvergent sərhəd adlanır. Bu zaman sıxlığı daha çox olan plitə digərinin altına enərək mantiyaya daxil olur. Bəzən sıxlığı çox olan deyil, sıxlığı az olan plitə mantiyaya doğru enir. Bu proses obduksiya adlanır.

Subduksiya prosesi

Mündəricat

Nümunələr

Pangeya parçalanmağa başladıqdan sonra plitələr kənarlara doğru böyük bir məsafədə hərəkət etmişlər. Bu plitələr qarşısına çıxan okean plitəsi və mikroplitələr ilə subduksiya növ sərhəd əmələ gətirmişdir. Bu gəminin açıq hövzədə üzməsinə bənzədilə bilər. Onun qarşısında gəminin bacasına bənzər vulkanik ada qövsü, yük sahəsinə bənzər passiv qitə kənarı yerləşir.

Subduksiya prosesinin gəminin hərəkəti ilə oxşarlığı

Hazırkı subduksiya növ sərhədlər Sakit okean boyu daha geniş yayılmışdır. Bununla da Sakit okeanın 2/3 hissəsi udulmaya cəlb olunur. Burada olan subduksiya Şimali Kordilyerlər, Alyaska, Aleut adaları, Kuril adaları, Yapon dənizi, Filippin dənizi, Melaneziya adaları və Yeni Zellandiyanı əhatə edir. Bundan başqa Karib dənizi, Zond adaları və digər sahələrdə subduksiya baş verməkdədir.

Obduksiya

Obduksiyaya subduksiyanın bir növü kimi baxmaq olar. Lakin, burada okean növ qabıq kontinental qabığın üzərinə doğru hərəkət edir. Bu prosesin sürəti çox az olduğu üçün kiyafayət qədər inkişaf edə bilmir və mürəkkəb qırışıqlıq yaradır.

Kolliziya

Bu proses iki kontinental qabığın qarşı-qarşıya gəlməsi nəticəsində yaranır. Bu prosesin nəticəsində intensiv qırışıqlıq sahələri yaranmış olur. Bunlara misal olaraq Alp-Himalay qırışıqlığı boyu yerləşmiş sahələri misal göstərmək olar. Kolliziya zonaları qalıq subduksiyanın yaranmasına da şərait yaradırlar. Bu növ subduksiya prosesinin sürətinə kolliziya zonaları tərəfindən nəzarət olunur.

Həmçinin bax

  • Sakit okean
  • Tektonik plitələr
  • Astenosfer

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Subduksiya haqqında məlumat. Subduksiya nədir? Subduksiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Döyüş

  • Fevral 27, 2026

    Bakterioz

  • Fevral 27, 2026

    Bernulli paylanması

  • Fevral 27, 2026

    Black Sabbath

  • Fevral 27, 2026

    Tələb

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst