Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleut adaları  (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxip

Aleut adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Aleut adaları

Aleut adaları  (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir.

Aleut adaları
ing. Aleutian Islands
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 6.821 mil²
Hündür nöqtəsi 10,000 m
Əhalisi 8,162 nəfər (2002-ci il)
Yerləşməsi
52°05′49″ şm. e. 173°30′02″ q. u.HGYO
Ölkə  ABŞ
Akvatoriya
  • Sakit okean
Aleut adaları xəritədə
Aleut adaları
Aleut adaları
Aleut adaları xəritədə
Aleut adaları
Aleut adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür:

1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları.

2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar

3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s.

4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları.

5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.

Arxipelaqda 25 fəaliyyətdə olan vulkan vardır: Şişaldina vulkanı (2861 m), Vsevidov vulkanı (2149 m), Tanaqa vulkanı (1806 m), Böyük Sitkin vulkanı (1740 m), Qarelıy (1573 m), Kanaqa (1307 m), Sequla vulkanı (1153m).

İqlim

Adalarda subarktik, dəniz tipi hakimdir. Fevral ayının orta temperaturu −1,4 °C, avqustda 11,9 °C, yayda tez-tez duman müşahidə olunur.

Təbii aləm

100 m hündürlüyə qədər subarktik çəmənliklər yayılıb. Kiçik söyüd kolları (Salix Arctica) ilə otlar (arnika unalaschcensis) geniş ərazini tutur. Nisbətən hündürlükdə qayalıqlar və dağ tundra hakimdir.

Avropalılar kəşf edənə qədər burada kürklü heyvanlarla (tülkü, arktika kürklü tülküsü) və dəniz canlılarıyla zəngin idi. Hal-hazırda demək olar ki, hamısı ovlanmışdır. Qayalıqlarda böyük quş topluları yığılır.

1980-ci ildən demək olar ki, bütün adalar Alyaska Milli Dəniz Qoruğuna daxil edilmişlər.

Əhali

Adalarda ümumilikdə 8162 nəfər yaşayır (2000). Əsasa yaşayış məntəqələri - Unalaska (4283 nəfər, 2000-ci), Adak (300 nəfər), Atka (61 nəfər), Nicholas (Umnak 39 nəfər). Yerli əhalisi aleutlardır. Əhali sıxlığı adalar çox azdır. Bir çox adalarda yaşayış yoxdur. Dini mənsubiyyətləri arasında metodistlər, katoliklər, yerli əhalinin kiçik bir hissəsi pravoslav xristianlardır.

İqtisadiyyat

Əhalinin əsas məşğuliyyəti balıq ovudur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleut adaları haqqında məlumat. Aleut adaları nədir? Aleut adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Küfr

  • Fevral 25, 2026

    Ümmü Sələmə

  • Fevral 27, 2026

    Səlahəddin mühafəzası

  • Fevral 27, 2026

    Van ili

  • Fevral 27, 2026

    Kitab

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst