Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yapon dənizi (yap. 日本海 Niхоnkay; kor. 동해 Tоnhe) — Sakit okeanın yarımqapalı dənizi. Avrasiya materiki (qərbdə) ilə Saxalin, Hokkaydo və Honşu adaları (şərqdə) a

Yapon dənizi

  • Ana Səhifə
  • Vikipediya
  • Yapon dənizi

Yapon dənizi (yap. 日本海 Niхоnkay; kor. 동해 Tоnhe) — Sakit okeanın yarımqapalı dənizi. Avrasiya materiki (qərbdə) ilə Saxalin, Hokkaydo və Honşu adaları (şərqdə) arasındadır. Yapon dənizini şimalda Nevelsk və Laperuz boğazları Oxot dənizi ilə, şərqdə Sanqar boğazı Sakit okeanla, cənubda Koreya boğazı Şərqi Çin dənizi ilə birləşdirir. Sahəsi 1 milyon 62 min km², orta dərinliyi 1536 m, suyunun həcmi 1 milyon 630 min km³-dir (digər məlumatlara görə 978 min km², 1750 m, 1713 min km³). İri körfəzləri: Böyük Pyotur və Şərqi Koreya körfəzləridir. Yapon dənizinə Suyfun, Samarqa, İsikari, Moqami, Tumanqan və sairə çaylar tökülür. Dib relyefi əsasən dərinliyi 3699 m-ə (bəzi məlumata görə 3669 m) çatan qapalı çökəklikdən ibarətdir. Dənizin mərkəzi hissəsində Yamato yüksəkliyi yerləşir. Bu hissədə dərinlik 282 m-ə qədər azalır. Əsas faydalı qazıntıları (neft, qaz, qızıl və kassiterit səpintiləri) şelf hissədə yerləşir. Yapon dənizində mülayim musson iqlimi hakimdir. Qışda şimali-qərb, yayda cənubi-şərq mussonları əsir. May-oktyabr aylarında Yapon dənizi üzərindən (əsasən cənub-şərq hissəsindən) qasırğalar keçir. Havanın orta temperaturu fevralda – 15-dən (şimalda) 6 °C-yə (cənubda) qədər, avqustda müvafiq olaraq 17 və 25 °C-dir. İllik yağıntı şimali-şərqdə 310–500 mm-dən cənubi-şərqdə 1500–2000 mm-ə qədərdir. Yazda və yayda tez-tez duman olur. Səth axınları saat əqrəbinin əks istiqamətində dövr edir (şərq hissədə isti Kurosio axınının qolu Tsusima axını, qərb hissədə soyuq Sahil axını və onun materik sahillərində davamı). Suyun temperaturu səthdə qışda şimalda – 1.3–0 °C ilə cənubda 11–12 °C, yayda müvafiq olaraq 17 °C ilə 26 °C arasında dəyişir. 150–200 m-dən dərində suyun temperaturu 0–1.5 °C-dir. Duzluluq şərqdə 34.1–34.8‰, qərbdə 33.7–33.9‰-dir. Suyun şəffaflığı 10 m-dən artıqdır. Qabarmaların hündürlüyü 2.3 m-ə (Tatar boğazında) çatır. Yapon dənizinin bəzi körfəzləri noyabrda buz bağlayır. Yapon dənizində 800-ə qədər bitki növü, müxtəlif balıqlar (siyənək, navaqa, qızılbalıq, qalxan balığı, skumbriya və s.), çoxlu yengəc, stridiya və sairə var. Dəniz tısbağası və aybalıq da olur. Yapon dənizinə balinalar da gəlir. Dənizin nəqliyyat əhəmiyyəti böyükdür. Rusiya, Yaponiya, Koreya (yarımadadakı hər iki dövlət) və Sakit okeanın bütün ölkələri bu dəniz vasitəsilə əlaqə saxlayır. Mühüm portları: Vladivostok, Naxodka, Aleksandrovsk-Saxalinsk, Sovetskaya Qavan, Xolmsk (Rusiya), Niiqata, Tsuruqa, Maydzuru (Yaponiya), Vonsan, Hınnam, Çhoncin (KXDR).

Yapon dənizi
yap. 日本海
kor. 동해
Ümumi məlumatlar
Sahəsi 1 062 000 km²
Həcmi 1 630 000 km³
Uzunluğu 2 254 km
Eni 1 072 km
Dərin yeri 3 742 m
Orta dərinliyi 1 753 m
Yerləşməsi
39°34′55″ şm. e. 134°34′11″ ş. u.HGYO
Ölkələr
  •  Yaponiya
  •  Rusiya
  •  Cənubi Koreya
  •  Şimali Koreya
Üst akvatoriyası
  • Sakit okean
Yerləşməsi Şərqi Asiya
Yapon dənizi (Sakit okean)
Yapon dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yapon dənizi haqqında məlumat. Yapon dənizi nədir? Yapon dənizi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xristian azərbaycanlılar

  • Fevral 24, 2026

    Ekologiya

  • Fevral 23, 2026

    And dağları

  • Fevral 11, 2026

    Poçt indeksi

  • Fevral 24, 2026

    Müqavilə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst