Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) —

Manvel Qriqoryan

  • Ana Səhifə
  • Vikipediya
  • Manvel Qriqoryan

Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir.

Manvel Qriqoryan
erm. Մանվել Գրիգորյան
Şəxsi məlumatlar
Ləqəbi Tuşonka Manvel
Doğum tarixi 14 iyul 1956(1956-07-14)
Doğum yeri
  • Körpəli, Üçkilsə rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 19 noyabr 2020(2020-11-19) (64 yaşında)
Vətəndaşlığı  SSRİ→ Ermənistan
Həyat yoldaşı Nazik Amiryan
Uşağı 8
Atası Sektor Qriqoryan
Təhsili
  • İrəvan Dövlət Universiteti (–1998)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Ermənistan Silahlı Qüvvələri
Xidmət illəri 1975–2018
Rütbəsi General-mayor
Vəzifəsi Ermənistan Milli Məclisinin deputatı
Ermənistan Müdafiə Nazirinin müavini
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri Artsax Qəhrəmanı 1-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "Vartan Mamikonyan" ordeni "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)
1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)

Mündəricat

Bioqrafiya

Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir. 1996–2000-ci illərdə Manvel Ermənistan Respublikası Müdafiə Nazirliyinin birinci korpusunun komandiri təyin edilmiş və general-mayor adına layiq görülmüşdür. 2000-ci ildə Manvel Ermənistan Respublikası Müdafiə Nazirinin müavini təyin edilmişdir.

Manvel Qriqoryan 6 may 2012-ci ildə Ermənistan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. 2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan etmişdir. Bu etirafına görə Manvel azərbaycanlı və erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunmuşdur.

Qriqoryan 16 iyun 2018-ci ildə, Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir. O, qeyri-qanuni şəkildə silah-sursata sahiblənmək və korrupsiya iddiaları ilə ittiham olunmuşdur. Baş Nazir Nikol Paşinyan Manvelin Aprel döyüşləri zamanı məktəbli uşaqlar üçün nəzərdə tutulan ərzağı oğurladığını iddia etmişdir. Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvelin evindən RPG-7 kimi çoxlu silah-sursat və kiçik bir zoopark tapmışdır.

18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Birinci Qarabağ müharibəsində etdiyi cinayətləri işıq üzünə çıxarmışdır.

Şəxsi həyatı

Evlidir, 8 uşağı var. Həyat yoldaşı Birinci Qarabağ müharibəsi iştirakçısı Nazik Amiryandır. Oğlu Karen Qriqoryan Üçkilsə şəhərinin keçmiş meri olmuşdur.

Mükafatlar

  • "Hərbi Xaç" medalı (1994)
  • "Qızıl Qartal" medalı (2000)
  • "Vazgen Sarkisyan" medalı (2002)
  • "Artsax Qəhrəmanı" (2000)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Manvel Qriqoryan haqqında məlumat. Manvel Qriqoryan nədir? Manvel Qriqoryan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məyusluq

  • Fevral 27, 2026

    Futbol klubu

  • Mart 01, 2026

    IMI Systems

  • Fevral 27, 2026

    Palermo FK

  • Fevral 27, 2026

    Corc Vestinqauz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst