Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eçmiədzin rayonu (1945-ci ilədək Vağarşapat rayonu) — Ermənistan SSR və Ermənistan tərkibində 1930–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Eçmiədzin rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Eçmiədzin rayonu

Eçmiədzin rayonu (1945-ci ilədək Vağarşapat rayonu) — Ermənistan SSR və Ermənistan tərkibində 1930–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Rayon
Eçmiədzin rayonu
İnzibati mərkəz Üçkilsə
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi
  • 79.500 nəf. (1989)
Eçmiədzin rayonu xəritədə

Mündəricat

Tarixi

Eçmiədzin, və ya Üçkilsə 1723-cü ilin xəritəsində

1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat, Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır.

Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf azərbaycanlılar yaşayırdılar, lakin Zəngibasar rayonunun tez-tez yaradılıb ləğv edilməsi Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalıb. Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" (m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir. Yəni "Əcdadların çölü", "Əcdadların yurdu" Eçmiədzin sözünün "Üç müədzin" birləşməsindən əmələ gəldiyi ehtimalı da var. Bu ehtimal isə Üçkilsə variantı ilə bir növ təsdiq olunur.

İrəvan xanlığı ərazisində yaşayan Oğuz boyları VII-ci əsrdən etibarən islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiədzin kilsəsinə və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. (Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993, səh.41.).

1905-ci ilin iyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi".

Rayon mərkəzi olan Üçkilsə şəhəri yaxınlığında qədim Göy Mələkləri məbədinin qalıqları

1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. (Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907, səh. 61.)

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Eçmiədzində 84 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.(Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.10, iş 80)

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Üçkilsə Vağarşapat …
Ayğırgöl Aknaliç 25.1.1978
Vağarşapat Eçmiədzin 12.03.1945
Aralıq Kolanlı Qriboyedov 25 yanvar 1978
Aralıq Yuxarı Kolanlı 03.01.1935
Hacıqara Haygeşat 03.01.1935
Hacılar Mrqastyan 03.01.1935
Molla Dursun Şaumyan 1920
Körpəli Arşaluys 03.01.1935
Aşağı Türkmənli Lusakyuğ 03.01.1935
Yuxarı Türkmənli Apaqa 03.01.1935
Yuxarı Əylənli Tsaxkunk 04.04.1946
Aşağı Əylənli Lenuqi 04.04.1946
Əlibəyli (Üçkilsə) Atarbekyan 04.04.1946
Varmaziyar Arevşat 04.04.1946
Qəmərli (Üçkilsə) Metsamor 15.07.1946
Yuxarı Qarxun (Üçkilsə) Crarat 04.04.1946
Aşağı Qarxun (Üçkilsə) Araks 15.07.1946
Qarğabazar (Üçkilsə) Haykaşen 25.05.1965
Ağcaqala (Üçkilsə) Tsaxqalanç 25.01.1978
Ayarlı (Üçkilsə) Lernamerda 25.01.1978
Ayğırliç Aqnaliç 25.01.1978
Aşağı Zeyvə Arataşen 25.01.1978
Yuxarı Zeyvə Taronik 25.01.1978
Aşağı Xatınarx Qay 25.01.1978
Yuxarı Xatınarx Aknaşen 25.01.1978
Qaraqoyun Ferik 25.01.1978
Muğan (Üçkilsə) Hovdameç 25.01.1978
Hacıqara (Üçkilsə) Aygeşad 3.l.1935
Samaqar (Eçmiədzin) Geğakert 25.01.1978

Həmçinin bax

  • Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
  • Üçkilsə kilsəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eçmiədzin rayonu haqqında məlumat. Eçmiədzin rayonu nədir? Eçmiədzin rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    I Əhməd

  • Fevral 27, 2026

    Felis bieti

  • Fevral 27, 2026

    Qıjıkimilər

  • Fevral 27, 2026

    Əbdürrəşid Qəznəvi

  • Fevral 24, 2026

    Tunqus-mancur dilləri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst