Futbol klubu — futbol komandalarının fəaliyyətinin təşkili üçün nəzərdə tutulan idman klubu. Futbol klubu müstəqil və ya daha böyük idman təşkilatının nəzdində fəaliyyət göstərən klub kimi mövcud ola bilər. Futbol klubları klublar üçün nəzərdə tutulmuş liqa və kubok kimi turnirlərdə çıxış edə bilərlər.

Xüsusiyyətlər
Futbol klublarının qatıldığı yarışlar klubarası turnirlər adlanır. Klubların çox böyük əksəriyyəti liqa sistemində yarışır. Klublar həvəskar, yarıpeşəkar və peşəkar ola bilərlər. Bəzi klublar üzvlər tərəfindən idarə olunur, bəzi klublar isə şirkətlər tərəfindən yaradılır. Klubların lisenziyalaşdırılması FİFA qaydaları əsasında aparılır.
Tarixi
Futbol klublarının tarixi 1850-ci illərə qədər uzanır. 1857-ci ildə yaradılmış "Şeffild" dünyanın ən qədim futbol klubu hesab olunur. 1859-cu ildə yaradılmış "Vonderers" klubu 1887-ci ildə bağlanmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Futbol klubu haqqında məlumat. Futbol klubu nədir? Futbol klubu nə deməkdir?