Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu – 2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).
| Məqsəd Səttarov | |
|---|---|
| Məqsəd Məhəmmədəli oğlu Səttarov | |
| Doğum tarixi | 13 may 1924 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2000 (75–76 yaşında) |
| Vəfat yeri | |
| Elm sahəsi | fəlsəfə |
| Elmi dərəcələri |
|
| İş yeri |
|
| Üzvlüyü |
|

Həyatı
Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.
Əmək fəaliyyəti
Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri və Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb.
Elmi fəaliyyəti
Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə doktoru, 1964-cü ildə elmlər doktoru dissertasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə edib. Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, Azərbaycanda ateist fikir kimi məsələləri, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması yollarını araşdırıb.
Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir. Həmçinin bir sıra elmi nəşrlərin redaksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və elmlər doktoru dissertasiya müdafiə edib.
Kitabları
- N. Nərimanov və din. Bakı, 1995
- İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000
Ölümü
Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Təltif və mükafatları
Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.
Ədəbiyyat
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məqsəd Səttarov haqqında məlumat. Məqsəd Səttarov nədir? Məqsəd Səttarov nə deməkdir?