Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnzibati-ərazi vahidi — dövlətin müstəqil olmayan inzibati-ərazi bölgüsünün struktur elementi. Fərqli dövlətlərdə fərqli dövrlərdə müxtəlif inzibati-ərazi vahid

İnzibati-ərazi vahidi

  • Ana Səhifə
  • Vikipediya
  • İnzibati-ərazi vahidi

İnzibati-ərazi vahidi — dövlətin müstəqil olmayan inzibati-ərazi bölgüsünün struktur elementi. Fərqli dövlətlərdə fərqli dövrlərdə müxtəlif inzibati-ərazi vahidi adları mövcud olmuşdur. Mövcud olan sosial-iqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati-ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati-ərazi bölgüsünü yaratmışdır.

Tarixdə

Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyilikləri, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801–1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır.

1801–1804-cü illərdə Gəncə, Qarabağ, Şəki və Şirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmşəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805–1806-cı illərdə Dərbənd, Qarabağ və Quba xanlıqları Rusiyaya ilhaq edildi.

1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsi əsasında Azərbaycan İran ilə Rusiya arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Rusiyanın tərkibinə verildi.

1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi.

XIX əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşəddil) bölünmüşdü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə "Erməni vilayəti" yaradılmışdı. 1840-cı ildə "Erməni vilayəti" buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa (10 (22) aprel 1840) müvafiq olaraq bu bölgələr Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi — Tiflis) və mərkəzi Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnzibati-ərazi vahidi haqqında məlumat. İnzibati-ərazi vahidi nədir? İnzibati-ərazi vahidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bismut

  • Fevral 27, 2026

    Bioloji növ

  • Fevral 27, 2026

    Hülakilər

  • Fevral 23, 2026

    Platon

  • Fevral 27, 2026

    Mustafa Hacıbəyli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst