Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır.
| Sultanlıq | |
| Şəmşəddil sultanlığı | |
|---|---|
![]() | |
| 1747 — 1819 | |
| Paytaxt | Öysüzlü |
| Rəsmi dilləri | Azərbaycan dili |
| Din | İslam |
| Ərazisi | 4481.4 km² |
| İdarəetmə forması | Mütləq monarxiya |
| Sülalə | Zülqədərovlar |
Tarixi
Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819).
Sultanları
- Sultan Allahverdi Zülqədər (1747—1761)
- Əli sultan Şəmsəddinli (1761—1797)
- Nəsib sultan Şəmsəddinli (1797—1819)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəmşəddil sultanlığı haqqında məlumat. Şəmşəddil sultanlığı nədir? Şəmşəddil sultanlığı nə deməkdir?
