Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Abdullah

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Abdullah

Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Abdullah
Dəfn edildiyi Şirin Xatun türbəsi - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Şirin Xatun türbəsi - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 1464(1464)
Doğum yeri Amasya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi 6 noyabr 1483(1483-11-06) (18–19 yaşında)
Vəfat yeri Qaraman əyaləti, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Atası II Bəyazid
Anası Şirin Xatun
Həyat yoldaşı Fərahşad Sultan
Uşaqları Şahzadə ...
Eynişah Sultan
Şahnisə Sultan

Mündəricat

Həyatı

Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.

Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı. Ölümünədək əyalətin mərkəzi hesab edilən Konyada qalan Şahzadə Abdullah çox keçmədən 1483-cü ildə vəfat etdi. Cənazəsi Bursaya gətirilərək Muradiyə külliyəsinə dəfn edildi. Daha sonra anası Şirin Xatun tərəfindən məzarı üzərinə türbə inşa edildi.

Ailəsi

Xanımı

  • Fərahşad Sultan (d. 1467) — Əmisi Şahzadə Mustafanın qızıdır. 1480-ci ildə evlənmişdir.

Övladları

  • Şahzadə … (d. 1481 — ö. 1489) — Atasının vəfatından sonra İstanbula gətirildi və babası Sultan Bəyazidin himayəsində böyüdü.
  • Eynişah Sultan (d. 1482 — ö. 1540) — Ağqoyunlu sultanı Əhməd bəylə nigahlanmışdır. Cənazəsi Muradiyə külliyəsində — nənəsi və atasının yanına dəfn edilmişdir.
  • Şahnisə Sultan (d. 1484) — İlk evliliyi 1502-ci ildə əmisi Şahzadə Şahənşahın oğlu Mehmedlə baş tutdu. Onun edamından sonra isə 1509-cu ildə bibisi Fatma Sultandan boşanan, sonuncu Candaroğlu bəyi Qızıl Əhməd bəyin oğlu Mirzə Mehmed Paşayla nigahlandı. İkinci evliliyindən 3 oğlu dünyaya gəldi.
    • Sultanzadə Əhməd Paşa
    • Sultanzadə Mustafa Paşa
    • Sultanzadə Mehmed bəy — Yavuz Sultan Səlimin qızı Gövhərxan Sultanla evlənmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Abdullah haqqında məlumat. Şahzadə Abdullah nədir? Şahzadə Abdullah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Səməd Abdullayev

  • Mart 01, 2026

    Nona Qaprindaşvili

  • Fevral 25, 2026

    Bezanson

  • Fevral 27, 2026

    Damburneya

  • Fevral 27, 2026

    Chrysopogoninae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst