Səməd Abdullayev (Abdullayev Səməd Həmid oğlu; 1920, Qolqəti, Ərəş qəzası – 5 noyabr 1943, Geroyevskoye) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943).
| Səməd Abdullayev | |
|---|---|
| Səməd Həmid oğlu Abdullayev | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1920 |
| Doğum yeri | |
| Vəfat tarixi | 5 noyabr 1943 (22–23 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
| Qoşun növü | Qızıl Ordu |
| Rütbəsi |
|
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Səməd Abdullayev 1920-ci ildə Ağdaş rayonunun Qolqətı kəndində anadan olmuş və şəhərdəki Pedaqoji Texnikumunda təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, tibbi xidmət üzrə təlim keçərək Şimali Qafqazda hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlamışdır.
Tibb xidmət starşinası Səməd Abdullayev, Kerç yarımadasına 1 noyabr 1943-cü il tarixdə desant çıxarılmasında iştirak etmiş, yaralı döyüşçülərə hərbi xidmətlə yanaşı düşmənə qarşı aparılan ağır əlbəyaxa döyüşdə bir neçə faşist əsgərini məhv etmiş və ağır döyüşlərin 5-ci günü həlak olmuşdur. Kerç şəhəri ətrafında dəfn edilmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı 17 noyabr 1943-cü ildə verilmişdir.
Ağdaşın Qolqətı kənd məktəbinə qəhrəmanın adı verilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səməd Abdullayev haqqında məlumat. Səməd Abdullayev nədir? Səməd Abdullayev nə deməkdir?