Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın q

Nona Qaprindaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Nona Qaprindaşvili

Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941, Zuqdidi, Gürcüstan SSR, SSRİ) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976).

Nona Qaprindaşvili
gürc. ნონა გაფრინდაშვილი
Ölkə
  •  Gürcüstan
Doğum adı ნონა გაფრინდაშვილი
Doğum tarixi 3 may 1941(1941-05-03) (84 yaş)
Doğum yeri
  • Zuqdidi, Gürcüstan SSR, SSRİ
Titulu Qrosmeyster
Son reytinqi
  • 2.243 (2023)
Maksimal reytinqi 2350 (noyabr 2012)
FİDE nömrəsi 13600125
Dünya çempionluğu (1962-1978)
Mükafatları "Lenin" ordeni"Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır.

Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir. 5 dəfə SSRİ, 12 dəfə olimpiya, 5 dəfə dünya çempionu olmuşdur.

1978-ci ildə qələbələrinə görə Nona FİDE tərəfindən qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.

Dünya çempionluğu

1962-ci ilin martında tac uğrunda mübarizədə o, Yelizavet Bıkovanı ağır məğlubiyyətə uğradaraq,çempion adına layiq görülmüşdür.

Nona 16 il ərzində şahmat üzrə dünya birinciliyinin tacını özündə saxlamışdır. 1978-ci ildə o, tac uğrunda mübarizədə Gürcüstan şahmat məktəbinin digər yetirməsi 16 yaşlı Maya Çiburdanidzeyə məğlub olmuşdur. Matçdan sonra o, öz məğlubiyyətini belə izah etmişdir:

"Təbiətin, idmanın qanunu belədir. Gələcəkdə idman yollarında məni nə qədər sınaqlar gözləsə də, həyatım boyu inandığım oyun qaydalarını pozmayacağam".

.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nona Qaprindaşvili haqqında məlumat. Nona Qaprindaşvili nədir? Nona Qaprindaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kinema Citrus

  • Mart 01, 2026

    IV Filip

  • Mart 01, 2026

    Patrisi

  • Mart 01, 2026

    Anal tıxac

  • Mart 01, 2026

    Fərman Kərimzadə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst