Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus

Roy Orbison

  • Ana Səhifə
  • Vikipediya
  • Roy Orbison

Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır.

Roy Kelton Orbison
ing. Roy Kelton Orbison
Ümumi məlumatlar
Ləqəbləri Böyük O (The Big O)
Rokun Karuzosu (The Caruso of Rock)
Doğum tarixi 23 aprel 1936
Doğum yeri Vernon, Texas, ABŞ
Vəfat tarixi 6 dekabr 1988 (52 yaşında)
Vəfat yeri Hendersonvill, Tennessi, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Uşaqları 5 (Roy Kelton Orbison Jr., Alex Orbison daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], müğənni-bəstəkar, vokalçı, aktyor
Fəaliyyət illəri 1954—1988
Janrlar rok-n-roll
rokabilli
kantri
Musiqi alətləri gitara
Albom şirkətləri Sun, Monument, MGM, London, Mercury, Asylum, PolyGram, Virgin
Təhsili
  • Şimali Texas Universiteti[d]
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı — 1998
royorbison.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır.

Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı.

Mündəricat

Mükafatları

1987-ci ildə Orbison "Rok-n-roll Şərəf zalına" və "Naşvill bəstəkarların Şərəf zalına", 1989-cu ildə isə "Beynəlxalq bəstəkarlar assosiasiyasının Şərəf zalı"na qəbul edilmişdir. Rolling Stone jurnalının "Bütün dövrlərin ən yaxşı 50 ifaçısı siyahısı"nda 37-ci və 2008-ci ildə tərtib edilmiş "Bütün dövrlərin 100 ən yaxşı vokalistindən 20-si" siyahısında isə 13-cü yeri tutur.

2002-ci ildə "Billboard" jurnalı Orbisonun adını "600 ən çox yazılan artist" siyahısında 74-cü yerdə yerləşdirmişdi. 29 yanvar 2010-cu ildə Hollivuddakı Şöhrət yolunda Roy Orbisonun ulduzu qoyulmuşdur.

İl Mükafat Nailiyyət
1980 "Qremmi" mükafatı Emili Harrislə duetdə ən yaxşı vokal kantri ifasına görə
1986 "Qremmi" mükafatı Ən yaxşı danışıq albomuna və ya qeyri-musiqili alboma görə
1988 "Qremmi" mükafatı Ketrin Don Lanqla birlikdə ən yaxşı birgə vokal kantri ifasına görə
1989 "Qremmi" mükafatı The Traveling Wilburys qrupu ilə birlikdə ən yaxşı vokal rok ifasına görə
1990 "Qremmi" mükafatı Ən yaxşı vokal ifası
1998 "Grammy Lifetime Achievement Award" mükafatı Musiqi sənayesinin inkişafına verdiyi əvəzolunmaz töhfələrə görə

Diskoqrafiya

İl Albom Firma Qeyd Çartlarda ən yüksək yeri RIAA-nın ABŞ-da sertifikasiyası
ABŞ ABŞ (Billboard 200)
Böyük Britaniya Böyük Britaniya
Kanada Kanada
Norveç Norveç
İsveç İsveç
Avstraliya Avstraliya
Yeni Zelandiya Yeni Zelandiya
Nielsen SoundScan
1961 Roy Orbison at the Rock House Sun — — — — — — —
1961 Lonely and Blue Monument — 15 — — — — —
1962 Crying Monument 21 17 — — — — —
1962 Roy Orbison's Greatest Hits Monument Toplu 13 — — — — — — Qızıl albom ABŞ
Gümüş albom Böyük Britaniya
1963 In Dreams Monument 35 6 — — — — —
1964 More of Roy Orbison's Greatest Hits Monument Toplu 19 — — — — — —
1964 Early Orbison Monument Toplu 101 — — — — — —
1965 There Is Only One Roy Orbison MGM 55 10 — — — — —
1965 Orbisongs Monument 136 40 — — — — —
1966 The Orbison Way Monument 128 11 — — — — —
1966 The Classic Roy Orbison MGM — 12 — — — — — Qızıl albom ABŞ
1966 The Very Best of Roy Orbison Monument Toplu 94 — — — — — —
1967 Roy Orbison Sings Don Gibson MGM — — — — — — —
1967 Cry Softly Lonely One MGM — — — — — — —
1969 Roy Orbison's Many Moods MGM — — — — — — —
1970 Hank Williams the Roy Orbison Way MGM — — — — — — —
1970 The Big O London — — — — — — —
1972 Roy Orbison Sings MGM — — — — — — — Qızıl albom ABŞ
1972 Memphis MGM — — — — — — —
1973 Milestones MGM — — — — — — —
1976 I'm Still in Love with You Mercury — — — — — — —
1977 All-Time Greatest Hits Monument Toplu — 39 — 4 26 — — Platin albom Kanada
1977 Regeneration Monument — — — — — — —
1979 Laminar Flow Asylum — — — — — — —
1985 Class of '55 PolyGram Toplu — 15 — — — — —
1987 In Dreams: The Greatest Hits Virgin Toplu 95 86 — — — — 2 Qızıl albom ABŞ
Gümüş albom Böyük Britaniya
1988 For the Lonely: 18 Greatest Hits Rhino Toplu 110 — — — — — —
1989 Mystery Girl Virgin Ölümündən sonra 5 2 4 1 1 1 7 Platin albom ABŞ
3x Platin albom Kanada
Platin albom Böyük Britaniya
Qızıl albom Niderland
Qızıl albom Finlandiya
1989 The Legendary Roy Orbison PolyGram Toplu — 1 53 — — — — Platin albom Kanada
2x Platin albom Böyük Britaniya
1989 A Black & White Night Live Virgin Konsert 123 51 63 — 45 28 14
1992 King of Hearts Virgin Ölümündən sonra 179 23 69 — — 25 18
1995 Super Hits Epic Toplu — 54 — — — — — Qızıl albom ABŞ
1996 The Very Best of Roy Orbison Virgin Toplu 186 18 — 8 33 — 22 Gümüş albom Böyük Britaniya
1999 16 Biggest Hits Monument Toplu — — — — — — — Qızıl albom ABŞ
2000 20 Golden Hits TeeVee Toplu — 69 — — — — —
2001 Love Songs Virgin Toplu — 4 — — 8 — — Qızıl albom Böyük Britaniya
2006 The Essential Roy Orbison Monument Toplu — 62 — 6 5 39 —
2006 The Very Best of Roy Orbison Virgin Toplu — — 33 — — 11 3

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roy Orbison haqqında məlumat. Roy Orbison nədir? Roy Orbison nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zivər Məmmədova

  • Fevral 27, 2026

    Bioqrafiya

  • Fevral 27, 2026

    Sarvan (Borçalı)

  • Fevral 27, 2026

    Bərdibəy xan

  • Fevral 27, 2026

    En dairəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst