Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzağa Quluzadə (25 oktyabr 1907, Salyan, Cavad qəzası – 1979) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.

Mirzəağa Quluzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Mirzəağa Quluzadə

Mirzağa Quluzadə (25 oktyabr 1907, Salyan, Cavad qəzası – 1979) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.

Mirzəağa Quluzadə
Mirzəağa Yüzbaşı oğlu Quluzadə
Doğum tarixi 25 oktyabr 1907(1907-10-25)
Doğum yeri
  • Salyan, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1979(1979) (71–72 yaşında)
Həyat yoldaşı
  • Yaqut Dilbazi
Uşağı
  • Vəfa Quluzadə
Fəaliyyəti filoloq, ədəbiyyatşünas

Mündəricat

Həyatı

Mirzağa Quluzadə 24 oktyabr 1907-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1923–1927-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Texnikumunda təhsil almışdır. 1927–1932-ci illərdə Salyan şəhər orta məktəbində müəllim işləmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1936-cı ildə ali təhsilini başa vuraraq Qazax pedaqoji məktəbində müəllim işləmişdir. 1939–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının aspirantı olmuşdur. 1948–1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləmişdir. 1948–1952-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini, 1952–1958-ci və 1969–1979-cu illərdə isə direktor vəzifəsində çalışmışdır.

1948-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Ədəbi irsin araşdırılması və milli kadrların hazırlanmasındakı fəaliyyətinə görə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

Mirzağa Quluzadə 1979-cu ilin dekabr ayında vəfat etmişdir.

Ailəsi

Həyat yoldaşı Yaqut Dilbazi Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin bacısıdır.

Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin atasıdır.

Yaradıcılığı

Mirzağa Quluzadə "Nizami Gəncəvi", "Füzulinin lirikası" və "Böyük ideallar şairi", monoqrafiyalarının müəllifidir. "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildinin müəllifi və redaktorlarından biridir. Onun elmi fəaliyyətinin əsasını qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi təşkil edir. Alimin rəhbərliyi ilə onlarla elmlər namizədi hazırlanmışdır. AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov onun vəfatı ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetində (14 deabr 1979) yazmışdır.

Kitabları

  • Nizami Gəncəvi: həyat və yaradıcılığı, Bakı: AzSSR EA nəşriyyatı, 1953, 106 s.
  • Низами Гянджеви: жизнь и творчество. Баку: Изд. Академии наук Азербайджанской ССР, 1953, 83 c.
  • Füzulinin lirikası. Bakı: AzSSR EA nəşriyyatı, 1965, 474 s.
  • Böyük ideallar şairi. Bakı: Gənclik, 1973, 138 s.

Həmçinin bax

  • Əli Sultanlı
  • Mikayıl Rəfili
  • Vəfa Quluzadə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirzəağa Quluzadə haqqında məlumat. Mirzəağa Quluzadə nədir? Mirzəağa Quluzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan əhalisi

  • Fevral 27, 2026

    Hasəki Sultan

  • Fevral 27, 2026

    Qobind Sinqh

  • Fevral 27, 2026

    Ankara Universiteti

  • Fevral 23, 2026

    26 may

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst