Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultanlı Əli Abdulla oğlu (25 dekabr 1906, Naxçıvan – 18 iyul 1960, Bakı) — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filolog

Əli Sultanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Sultanlı

Sultanlı Əli Abdulla oğlu (25 dekabr 1906, Naxçıvan – 18 iyul 1960, Bakı) — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1946), professor (1947).

Əli Sultanlı
Əli Abdulla oğlu Sultanlı
Doğum tarixi 25 dekabr 1906(1906-12-25)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 iyul 1960(1960-07-18) (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ

Həyatı

Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə. Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı" qəzetində ədəbi işçi vəzifəsində çalışır.

Ə. Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə. Sultanlı 1934–39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939–1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.

Ə. Sultanlı "Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Partiya və Hökumət Ə. Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif etmişdir.

1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.

Əsərləri

  1. V. Hötenin yaradıcılıq yolu. Bakı: Azərnəşr, 1932, 32 səh.
  2. M. F. Axundovun dramaturgiyası. Bakı: Azərbaycan EA nəşri, 1938, 38 səh.
  3. Mopassanın hərbi novellaları. Bakı: ADU-nun nəşri, 1942, 20 səh.
  4. Azərbaycanda xalq draması. Bakı: ADU-nun nəşri, 1945, 66 səh.
  5. Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri. Bakı: ADU-nun nəşri, 1945, 82 səh.
  6. Şekspir və onun on ikinci gecəsi. Bakı: Azərnəşr, 1946, 10 səh.
  7. Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri. Bakı: ADU-nun nəşri, 1946, 48 səh.
  8. Rəşidbəy Əfəndiyevin dramaturgiyası. Bakı: Azərnəşr, 1946, 11 səh.
  9. Dədə Qorqud və yunan eposları. Bakı: ADU-nun nəşri, 1946, 156 səh.
  10. Nizami və Qərbi Avropa ədəbiyyatı. Bakı: Azərnəşr, 1947, 35 səh.
  11. Ostrovski və Azərbaycan dramaturgiyası. Bakı: Azərnəşr, 1948, 28 səh.
  12. Antik ədəbiyyat tarixi. Bakı: ADU-nun nəşri, 1958, 496 səh.
  13. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964, 300 səh.
  14. Məqalələr. Bakı: Azərnəşr, 1971, 327 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Sultanlı haqqında məlumat. Əli Sultanlı nədir? Əli Sultanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Katet

  • Fevral 27, 2026

    II Maksimillian

  • Fevral 27, 2026

    Bliskriq

  • Fevral 27, 2026

    Ceyms Neysmit

  • Fevral 27, 2026

    44 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst