Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşar Səlimov 1938-ci il mayın 5-də Ağdaş rayonunda anadan olmuşdur. 1945 - 1955-ci illərdə Ağdaş rayon Nizami adına 2 saylı orta məktəbdə oxumuşdur. 1960-cı il

Yaşar Səlimov

  • Ana Səhifə
  • Vikipediya
  • Yaşar Səlimov

Yaşar Səlimov — fizika-riyaziyyat elmləri doktoru (1988), professor (1989).

Yaşar Səlimov
Yaşar Şakir oğlu Səlimov
Doğum tarixi 5 may 1938
Doğum yeri Ağdaş, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 iyul 2011 (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Şakir Səlimov
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu

Mündəricat

Həyatı

Yaşar Səlimov 1938-ci il mayın 5-də Ağdaş rayonunda anadan olmuşdur. 1945 - 1955-ci illərdə Ağdaş rayon Nizami adına 2 saylı orta məktəbdə oxumuşdur. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir.

Y.Səlimov 1970-ci ildə namizədlik, 1988-ci ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsinin ixtisaslaşmış Elmi Şurasında "Diferensial tənliklər və riyazi fizika" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Professor Y.Səlimov 13 iyul 2011-ci ildə vəfat etmişdir.

Fəaliyyəti

Professor Y.Səlimov bir sıra məşhur jurnallarda məqalələrlə çıxış etmişdir. Onun qeyd olunmuş işləri Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən ingilis dilində çap edilmişdir. O, 1955-ci ildə Amerika Riyaziyyat Cəmiyyətinə üzv qəbul olunmuşdur. Y.Səlimov "Kto yest kto v mire" nəşrinə 1995-96-ci illərdə 12-ci, 1997-ci ildə isə 14-cü sıraya qəbul olunmuşdur. Y.Səlimovun "Laplas operatorunun özünə qoşma olmayan genişlənməsinin məxsusi və qoşma funksiyaları biortoqonal ayrılışının Riss ortaları haqqında" işində aldığı nəticələr rus, amerika və ingilis alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Yaşar Səlimov 1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Ali riyaziyyat" kafedrasının assistenti, 1970-ci ildə baş müəllim, 1973-cü ildən isə həmin kafedranın dosenti olmuşdur. 1989-cu ildən ADNA-nın Ali riyaziyyat kafedrasının professoru, 1991-ci ildən həmin kafedrasının müdiri olmuşdur. 1997-ci ildə professor Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktor müavini seçilmiş, eyni zamanda Amerika Bioqrafiya İnstitutunun Tədqiqat Assosiasiyasının idarəetmə palatasına üzv qəbul olunmuşdur.

Professor Y.Səlimov 50-dən çox nəzəri işin müəllifidir ki, onlardan 20-si xarici ölkələrin jurnallarında dərc olunmuşdur. Həmçinin o, ali məktəb tələbələri üçün yazılmış 14 dərsliyin müəllifidir. O, Azərbaycan Təhsil Nazirliyinin riyaziyyat, mexanika və informatika üzrə elmi və metodik bölməsinin nümayəndəsi olmuşdur. Y.Səlimov 100-dək çap olunmuş elmi əsərin müəllifidir. Bu işlər həm ölkəmizdə, həm də onun xaricində nüfuzlu mətbu orqanlarında dərc olunmuşdur.

Nyu-York Elmlər Akademiyasının üzvüdür. ABŞ-da çıxan "Kim-kimdir" (1990-1995) ensiklopediyasında ona məqalələr həsr olunub.

Mükafatları

  • 1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "Sivilizasiyasının inkişafındakı xidmətlərinə görə" mükafatı ilə təltif edilmişdir.
  • 2000-ci ilin 14 dekabrında "Şöhrət ordeni" ilə təltif edilmişdir.
  • 1998-ci il iyul ayında Amerika Bioqrafiya İnstitutu "XX əsrin görkəmli şəxslərinin fəxri 100 illik palatası" ilə mükafatlandırılmışdır.
  • İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi riyaziyyat sahəsindəki xidmətlərinə görə "XX əsrin mükafatı" diplom vəsiqəsi və medalı ilə mükafatlandırılmışdır.

Eyni zamanda Y.Səlimovun adı "Təltif olunanların Xartiya siyahısı"na köçürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaşar Səlimov haqqında məlumat. Yaşar Səlimov nədir? Yaşar Səlimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Donald

  • Fevral 27, 2026

    Sarısu

  • Fevral 27, 2026

    Skayler Vayt

  • Fevral 26, 2026

    Kameliya

  • Fevral 27, 2026

    Bayburd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst