Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bədöyün məscidi — yerli əhali arasında həm də Badavun məscidi və Bədöy məscidi kimi tanınan tarix-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabin

Bədöy məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Bədöy məscidi

Bədöyün məscidi — yerli əhali arasında həm də Badavun məscidi və Bədöy məscidi kimi tanınan tarix-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Bədöyün məscidi
Ölkə  Azərbaycan
Şəhər İsmayıllı İsmayıllı
Yerləşir Lahıc kəndi
Aidiyyəti Lahıc Tarix-Mədəniyyət Qoruğu
Tikilmə tarixi 1791
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4381
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°50′48″ şm. e. 48°22′54″ ş. u.HGYO
Xəritə
Bədöyün məscidi (Lahıc)
Nöqtə
Bədöyün məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Məscidin inşa tarixi 1791-ci ilə aiddir. Məscid, Hacı Qurban adlı şəxs tərəfindən inşa olunmuşdur.

Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.

SSRİ dövründə məscid xalça sexi kimi istifadə edilmişdir. 1990-cı ildən isə məscidin fəaliyyəti bərpa olunmuşdur.

Restavrasiyası

1990-1997-ci illərdə bir neçə dəfə məscid yerli əhalinin səyləri ilə təmir edilmişdir.

2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonu Lahıc qəsəbəsinə səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmirinə köməklik olunması barədə xahiş edib. Birinci vitse-prezident məscidə gedərək vəziyyətlə tanış olub və əsaslı təmir olunması barədə tapşırıq verib.

Bundan sonra, Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə restavrasiya işlərindən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb. Abidə ərazisində arxeoloji qazıntılara Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev rəhbərlik etmişdir.

Tədqiqat və bərpa işlərindən sonra 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bədöyün məscidinin yenidən istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Memarlıq xüsusiyyətləri

Bina çaylaq daşından tikilib. Məscid binası iki mərtəbədən ibarətdir. Qadınlar üçün nəzərdə tutulan hissə ikinci mərtəbədədir. Girişdən sol tərəfdəki otaqda məscidin əvvəlki axundlarından birinin məzarı yerləşir.

  • Minbərin yerləşməsi
    Minbərin yerləşməsi
  • İkinci mərtəbədə qadınların ibadət otağı
    İkinci mərtəbədə qadınların ibadət otağı
  • Məscidin döşəməsində arxeoloji qazıntı sahəsini göstərən şüşə panellər
    Məscidin döşəməsində arxeoloji qazıntı sahəsini göstərən şüşə panellər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bədöy məscidi haqqında məlumat. Bədöy məscidi nədir? Bədöy məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hutular

  • Fevral 27, 2026

    Heyratı

  • Mart 01, 2026

    Qeyri-Elektrolitlər

  • Fevral 27, 2026

    Romans

  • Mart 01, 2026

    İlklərin şəhəri

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst