Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Romans orta əsrlərdə İspaniyada meydana gəlmiş və daha sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından etibarən bu janra maraq azalmağa başlamışdır. XV–X

Romans

  • Ana Səhifə
  • Vikipediya
  • Romans

Romans (isp. romanse – roman dilində, yəni ispanca):

  1. instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı,
  2. kamera–vokal musiqinin əsas janrlarından biri,
  3. Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes.

Mündəricat

Tarixçə

Romans orta əsrlərdə İspaniyada meydana gəlmiş və daha sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından etibarən bu janra maraq azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində nisbətən yeni bir janr hesab olunur. Onun ilk nümunələrini milli musiqimizdə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaratmışdır.

Növləri

  • Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnı olmuş, sonralar isə lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər kimi inkişaf etmişdir. XIX əsrdən etibarən ballada həm vokal, həm də instrumental musiqi pyesinə çevrilmişdir.
  • Elegiya (yun. elegeia, elegos – şikayət) – kədərli və düşüncəli xarakterə malik instrumental və vokal pyesdir.
  • Barkarola (it. barca — qayıq) — 1) Venesiyada yayılmış qayıqçı və ya balıqçı nəğməsi, 2) Zərif, axıcı ahəngə malik vokal və ya instrumental pyesin adı; burada özünəməxsus ritmli müşayiət vasitəsilə qayığın yırğalanması və avarların hərəkəti təsvir olunur, 3) Qondolyer nəğməsi.

Romans Azərbaycan musiqisində

Romans-qəzəl janrı 1940-cı illərdə Üzeyir Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstəkar şairin, iki qəzəli əsasında "Sənsiz" (1941) və "Sevgili canan" (1943) adlı vokal əsərlərini yaratmışdır. Hər iki romansın ilk ifaçısı Bülbül olmuşdur. Bu romanslara son 20 ildə yalnız iki müğənni – Lütfiyar İmanov və Rauf Adıgözəlov – müraciət etmişdir.

Digər bəstəkarlar – Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, İsmayıl Hacıbəyov, Vasif Adıgözəlov, Aqşin Rzayev, Əşrəf Hüseynzadə, Adilə Sultanova və başqaları da romans janrına müraciət etmişlər.

Romans janrına vokal ifaçılar Bülbül, Flora Kərimova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Azər Zeynalov ve başqaları da xüsusi maraq göstərmişlər.

Video

  • Müslüm Maqomayev — "Sənsiz", musiqisi Ü. Hacıbəyovundur, sözləri N. Gəncəvinindir
  • Müslüm Maqomayev — "Sevgili canan", musiqisi Ü. Hacıbəyovundur, sözləri N. Gəncəvinindir
  • Mobil Əhmədov — "Küsmərəm" romansı, musiqisi H. Nəcəfovanındır, sözləri N. Gəncəvinindir
  • Mobil Əhmədov — "Küsmərəm" romansı, musiqisi S. Ələsgərovundur, sözləri M. Müşfiqindir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Romans haqqında məlumat. Romans nədir? Romans nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bülent Ecevit

  • Fevral 27, 2026

    İnquş dili

  • Fevral 27, 2026

    Cənubi Dakota

  • Fevral 27, 2026

    Azərbaycan laylaları

  • Fevral 27, 2026

    Cəngavər ordeni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst