Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlklərin şəhəri (az.-əski. ایلکلرین شهری‎) və ya pionerlər (öncülər) şəhəri (fars. شهر اولین‌ها‎) — Təbriz şəhərinin qeyri-rəsmi ləqəbidir. Ləqəb İranda baş ver

İlklərin şəhəri

  • Ana Səhifə
  • Vikipediya
  • İlklərin şəhəri

İlklərin şəhəri (az.-əski. ایلکلرین شهری‎) və ya pionerlər (öncülər) şəhəri (fars. شهر اولین‌ها‎) — Təbriz şəhərinin qeyri-rəsmi ləqəbidir. Ləqəb İranda baş verən ilklərin bir çoxunun burada baş verməsinə və Təbriz şəhərinin İranın müasirləşməsinə verdiyi töhfələrinə görə verilmişdir.

Təbriz şəhərinin ilkləri

  • Çap sənayesi: İlk çap binasının əsasə Şahzadə Abbas Mirzə tərəfindən Təbriz şəhərində qoyulmuşdur. Bu hadisədən 12 il keçdikdən sonra Tehran şəhərində nəşriyyat açılmışdır.
  • Kitabxana: Tərbiyət kitabxanası İranda yaradılmış ilk ictimai kitabxanadır. 1921-ci ildə Məhəmməd Əli Tərbiyət tərəfindən yaradılmışdır.
  • Qonaq evi və ya hotel: Təbriz İranda modern hotellərin və qonaq evlərinin tikildiyi ilk şəhərdir.
  • Kinoteatr: İranda ilk ictimai kinoteatr 1900-cü ildə Təbriz şəhərində açılmışdır.
  • Məktəb: Yeni üsulla tədris aparan ilk məktəb 1893-cü ildə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində yaradılmışdır.
  • Lal və kar'lar üçün bağça və məktəblər: İranda uşaqlar ədəbiyyatının banisi olan Cabbar Əsgərzadə, həmçinin İranda ilk dəfə kar və lallar üçün məktəb və bağçalar yaratmışdır.
  • Yeni ədəbiyyat: Belə ki, Mirzə Əbdürrəhim Talıbov ədəbiyyatda yeni cərəyanın banisidir. Mirzə Fətəli Axundov isə bütün müsəlman şərqində dramaturgiyanın banisidir. Mirzə Ağa Təbrizi ilk farsca dramaturgiya nümunələri yazmış şəxsdir.
  • Əsginas: Keyxatu xanın hakimiyyəti illərində Çao adlanan kağız pul çap edilmişdir. Lakin, əhali bunu qəbul etmədiyi üçün onun çapı sonradan dayandırılmışdır.
  • Ticarət palatası: İranda ilk ticarət palatası 1906-cı ildə Təbriz şəhərində yaradılmışdır.
  • Bələdiyyə: İranda ilk bələdiyyə 1908-ci ildə Təbriz şəhərində təşkil edilmişdir.
  • Yanğınsöndürmə idarəsi: İranda ilk yanğınsöndürmə xidməti ilk dəfə 1842-ci ildə Təbriz şəhərində yaradılmışdır.
  • Telefon: Təbriz İranda ilk şəhərdir ki, mərkəzləşmiş telefon xətti sisteminə malik olmuşdur (1901).
  • Enerji stansiyası: İranın ilk enerji stansiyası və fabriki 1902-ci ildə Təbriz şəhərində yaradılmışdır.
  • Qeyri-hökumət təşkilatı: İrandakı ilk Qeyri-hökumət təşkilatı 1952-ci ildə Təbriz şəhərində yaradılmışdır.
  • Hava taksisi: İlk hava taksisi xidməti 2012-ci ildə Təbriz ilə Araz Azad Zonası arasında reallaşmışdır.
  • Məhəmmədtağı xan Püsyan: İranın ilk pilotu və aviatorudur.
  • Hüseyn Sadaqiani: İranın ilk legioner həyatı yaşamış futbolçusudur. Həmçinin, o, İranın yığma futbol komandasının ilk baş məşqçisi olmuşdur.
  • Yəhya Ədl: İran cərrahiyyəsinin atası hesab edilir.
  • Cavad Heyət: İranda müasi tibb elminin banisi hesab olunur. İranda türk dilinin və azərbaycanlıların haqları uğrunda uzun müddət mübarizə aparmışdır.
  • Əhməd Hüseyn Ədl: İranda əkinçilik mexanizminin banisidir (1930).
  • Mustafa Ədl: İranda insan azadlıqları və haqları mübarizəsinin banisi hesab edilir. İranın ilk hüquq professorlarındandır.
  • Həmid Nitqi: İranda modern ictimai münasibətlərin banisi.
  • Əzim Qeyçisaz: ilk İran alpinisti. 8 min metrdən çox hündürlüyü olmuş 12 dağa dırmanmışdır.
  • İlk futbol muzeyi (2014)
  • İlk mərkəzləmiş müasir polis sistemi (1907)
  • İlk Qadın Cəmiyyəti (1908)
  • İlk Seysmik stansiya (1855)
  • İlk tibb bacılığı təhsili (1916)
  • İlk xalçaçılıq təhsili (1994)
  • İlk Məhdud Məsuliyyətli Cəmiyyət (1900)
  • İlk Uşaq bağçası (1924)
  • İlk xalq şuralarının formalaşması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlklərin şəhəri haqqında məlumat. İlklərin şəhəri nədir? İlklərin şəhəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qumluqdakı qadın

  • Fevral 27, 2026

    Domodedovo

  • Fevral 27, 2026

    Qrenlandiya (ada)

  • Fevral 28, 2026

    Təkəoğulları bəyliyi

  • Fevral 27, 2026

    Piay burnu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst