Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əl

Məhəmmədqulu şah

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmmədqulu şah

Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair.

Qütbşah Məhəmmədqulu
tel. ముహమ్మద్ కులీ కుతుబ్ షా
Qütbşahların V sultanı
1580 – 1611
Əvvəlkiİbrahimqulu şah
SonrakıSultan Məhəmməd şah
Şəxsi məlumatlar
Doğum tarixi 1565
Doğum yeri Heydərabad
Vəfat tarixi 11 yanvar 1612 (46–47 yaşında)
Vəfat yeri
  • Heydərabad, Qolkonda sultanlığı[d]
Fəaliyyəti monarx, hərbi lider[d], mesenat[d], şair, yazıçı
Atası İbrahimqulu şah
Həyat yoldaşı Heydər Mahal
Uşağı Həyat Bəxş xanım
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, poeziya, ədəbiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir.

Hakimiyyəti

Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı. Qandikota və Qutti torpaqlarının ilhaqını isə türkmən sərkərdə Rüstəm xana tapşırdı. Vicayanaqar hakimi II Venkata əvvəl sülhə razı oldu və mühasirəni bu üsulla ləğv etməyi bacarsa da, yenidən müharibə elan etdi. Qarşıdurmanın qızışdırığını görən Qütbşah bu dəfə Rüstəm xanın başçılığı altında 100.000 əsgəri hücuma göndərdi. Lakin hindliların tələsinə düşən Rüstəm xan artilleriya atəşləri altında əsgərlərinin yarısını itirdi, özü isə öldürüldü. Qütbşah Krişna çayının sahilinə çəkilməli və atasının aldığı torpaqları qaytarmalı oldu.

Ədəbi fəaliyyəti

Farsca, Teluqu və Urdu dillərində şeirlər müəllifidir. 1800 səhifədən ibarət külliyatın əsas hissəsi divan ədəbiyyatı, 300 səhifədən artığı məsnəvi və mərsiyyə, 100 səhifədən çoxu isə qəzəl və qəsidələrdən ibarət idi. Urdu ədəbiyyatında ilk sahib-i divan təxəllüsü almış şəxsdir.

Ailəsi

1591-ci ildə indiki Çarminar məscidinin yerində olan Çiçelam kəndində Pakmati adlı bir rəqqasə ilə tanış olub evlənmişdi. Daha sonra Heydər Mahal adını almışdır. Yeganə övladı Həyat Bəxş xanım, qardaşı oğlu Sultan Məhəmməd şah ilə evlənmişdi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmmədqulu şah haqqında məlumat. Məhəmmədqulu şah nədir? Məhəmmədqulu şah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Romantik dövr

  • Fevral 27, 2026

    Oxalidaceae

  • Fevral 27, 2026

    Ələt bələdiyyəsi

  • Fevral 27, 2026

    Asklep

  • Fevral 26, 2026

    Bendemurat (İğdır)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst